Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Ukrayna - Rumıniya matçından əvvəl həssas hadisə baş verib.
QOL.az xəbər verir ki, Polşanın Koşaline şəhərində keçirilən matçdan bir neçə gün əvvəl Ukrayna Futzal Assosiasiyası UEFA-ya müraciət edərək Rusiyanın raket atəşi nəticəsində bugünlərdə Sumı şəhərində həlak olan günahsız mülki insanların xatirəsinin anılmasına icazə verilməsini istəyib. Lakin qitə futbol qurumu 1 dəqiqəlik sükutla bağlı müraciətə 2 dəfə rədd cavabı verib.
Buna baxmayaraq, oyundan əvvəl həlak olanların xatirəsini anmaq mümkün olub. Bu dəfə Ukrayna futzalçıları şəxsən Rumıniya yığmasına müraciət ediblər. Rəqib komanda isə bu təşəbbüsü dəstəkləyib.
Beləliklə, qurbanların xatirəsi oyunun gedişində yad edilib. Hakimin start fitindən sonra top oyuna daxil edilən kimi futzalçılar, məşqçilər yerlərində dayanaraq həlak olanların xatirəsini anıblar.
Qeyd edək ki, oyun Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.