top
Real Madrid lider, PSJ ikinci, Komo, Barselona və Liverpool ilk beşdə Idman.biz
Bu gün, 03:12
- ↺ +

Real Madrid lider, PSJ ikinci, Komo, Barselona və Liverpool ilk beşdə

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə əsas mərhələnin beşinci turundan sonra "Real Madrid" turnir cədvəlində liderliyi ələ keçirib.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi keçirdiyi beş görüşün hamısında qalib gələrək xalını 15-ə çatdırıb. "Real Madrid" turnirdə xal itirməyən yeganə komandadır.

Əvvəlki lider PSJ isə "Roma" ilə heç-heçədən sonra 13 xalla ikinci pilləyə enib. Sonrakı yerlərdə hərəyə 12 xal toplamış "Komo", "Barselona", "Liverpul" və "Betis" qərarlaşıb.

"Arsenal" 11 xalla yeddinci, "Mançester Siti" isə 10 xalla səkkizinci yerdədir. Eyni xala malik "Sportinq" və "Borussiya Dortmund" əlavə göstəricilərə görə müvafiq olaraq doqquzuncu və 10-cu pillələri tuturlar.

Azərbaycan çempionu "Sabah" doğma meydanda "Barselona"ya 1:4 hesabı ilə uduzduqdan sonra 31-ci yerdən 33-cü pilləyə geriləyib. Bakı təmsilçisi beş turda bir qələbə qazanıb, dörd dəfə məğlub olub. Üç xalı olan komandamız rəqib qapılarından beş top keçirib, öz qapısında isə 14 qol görüb.

Bununla belə, "Sabah"la pley-off zonasının sonuncu pilləsindəki "Vilyarreal" arasında üç xallıq fərq var. İspaniya klubu altı xalla 24-cü yerdə qərarlaşıb.

Növbəti turda bu komandalar üz-üzə gələcəklər. "Sabah" dekabrın səkkizində "Vilyarreal"ın qonağı olacaq. Azərbaycan təmsilçisi əsas mərhələnin son iki turunda isə hazırda 28-ci olan "Napoli" və yeddinci pillədəki "Arsenal"la qarşılaşacaq.

Qeyd edək ki, əsas mərhələni ilk səkkizlikdə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutan klublar pley-offda mübarizə aparacaq, qalan 12 komanda isə avrokuboklarla vidalaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:00

Fənərbaxçada Türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü

Futbol
Bu gün, 02:51

Aleksey İsayev: "Bu gün ölkəmizə bayram bəxş etdik" – Sabaha Barcelona qarşısında şərh

Futbol
Bu gün, 02:43

Arda Turanın “Fənərbaxça” qarşısında uduzması: “Liderik, amma...”

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Futbol
Bu gün, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi;

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Futbol
Bu gün, 01:34

Arşavin və Qleb “Sabah”ın “Barselona”ya qolu əsnasında emosional reaksiya verdilər

Futbol
Bu gün, 01:31

Qabriel Jezus: 'Sabah'la oyunda vacib üç xal qazandıq, qol vurduğum üçün xoşbəxtəm"

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:24

Xəyal Əliyev ağır zədədən sonra ilk oyununda fantastik performans göstərdi;

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:08

Coy-Lens Mikels: 'Çempionlar Liqasında "Barselona"ya ikinci qolumu da vura bilərdim'

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:54

İvan Lepinitsa: "Barselona hazırda dünyanın ən yaxşı üç komandasından biridir, onlara qarşı oynamaq olduqca çətindir"

Oxşar xəbərlər