top
Şəhid övladları üçün yay düşərgəsi başa çatıb İdman.biz
07 iyun 2024, 16:26
- ↺ +

Şəhid övladları üçün yay düşərgəsi başa çatıb

Peşəkar Futbol Liqası, "YAŞAT" Fondu və "Badamlı Mineral Sular" MMC tərəfindən Qəbələdə şəhid övladları üçün təşkil edilmiş yay düşərgəsi başa çatıb.

İdman.biz xəbər verir ki, mayın 8-də bağlanmış müqaviləyə əsasən, "Ümumdünya Uşaqlar Günü"nə həsr olunmuş düşərgə iyun ayının 1-i 5-i aralığında keçirilib.

8-12 yaşı əhatə edən 30 şəhid övladı aktiv istirahət-əyləncə tədbirlərində iştirak edib.

Tədbirlər çərçivəsində onlar Qəbələnin müxtəlif görməli yerlərində gəzib, əyləncəli və interaktiv oyunlarda iştirak edib, Qəbələ şəhər stadionunda futbol oynayıblar.
Əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaq olan düşərgə əsnasında uşaqlar Qəbələ şəhərinin ən gözəl məkanlarından olan Nohur gölə səfər edərək istirahət ediblər.
Bununla yanaşı "Qəbələnd" əyləncə mərkəzinin bütün imkanlarından yararlanaraq xatirə video və fotoları çəkdirən şəhid övladlarına düşərgənin ikinci günündə "Metadesk" "startup"ının təsisçisi, Prezident mükafatçısı, adı Forbes 30-a düşən Günay İmanzadə "Komanda quruculuğu", psixoloq, Dünya Yaddaş Federasiyasının Azərbaycan nümayəndəsi Mirşahin Əlizadə isə "Yaddaş texnikarı" təlimi keçib.

Növbəti günlərdə uşaqlar "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla, dünyada tanınmış "Wilderness cooking" yutub kanalının sahibi Təvəkkül Aslanovla görüşüb, onlara suallar verib, təcrübələrini öyrəniblər. İldə yalnız bir ay fəaliyyət göstərən Lavanda tarlalarına da baş çəkmək imkanı qazanan balacalar buranı böyük maraqla qarşılayıb, fotolar çəkdirib, əyləniblər.

Bağlanış mərasimində iştirak edən tədbirin sponsoru "Badamlı Mineral Sular" MMC-nin direktor müavini Elbrus Novruzlu şəhid övladlarına hədiyyələr təqdim edərək onları sevindirib. "Azərbaycan qəhrəmanlarının övladları ilə bir layihədə olmaq bizim üçün fəxrdir. Ümid edirəm ki, burada gördükləriniz və öyrəndikləriniz sizin gələcək həyatınızda da yararlı olacaq. "Badamlı" şirkəti olaraq bu tip tədbirlərə dəstək olmaqda əsas məqsədimiz Azərbaycan gənclərinin sağlam bədəndə sağlam ruha sahib olmasına töhfə verməkdir. Şəhidlərimizin yadigarları Azərbaycan xalqına əmanətdir. Biz də bu xalqın nümayəndəsi olaraq əlimizdən gələni edirik və edəcəyik" deyə Elbrus Novruzlu xoş təəssüratlarını bölüşüb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Futbol
Bu gün, 16:28

Toral Bayramovun Lixtenşteyn konfransındakı “qapıda da” sualına gülə-gülə cavab

Futbol
Bu gün, 16:20

Vinisius Junior 31,3 milyon avro ilə dünyada ən çox maaş alan braziliyalı futbolçudur

Boks
Bu gün, 16:12

Gürcüstan vətəndaşı olan azərbaycanlı boksçu Emil İsmayılov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazandı

Futbol
Bu gün, 16:00

Samir Abasov: Qələbə olmazsa, milli komandadan danışmaq məcburiyyətində deyilik

Futbol
Bu gün, 15:56

Azərbaycan millisinin Lixtenşteynə qarşı vəzalması: Qrup birinciliyi üçün həlledici məqam

Futbol
Bu gün, 15:40

Manchester United və Manchester City, Chelsea müdafiəçisi Malo Gusto ilə maraqlanır

Futbol
Bu gün, 15:40

Kriştianu Ronaldu Türkiyəyə keçməyəcək, karyerasını Al‑Nəsr klubunda bitirəcək

Futbol
Bu gün, 15:25

Arif Əsədov: Milli futbolçularımızın potensialı Lixtenşteyn qarşı yüksəkdir

Futbol
Bu gün, 15:20

Liverpulun kapitani Van Deykin müqavilə uzadılması ilə bağlı danışıqlar hələ də davam edir

Futbol
Bu gün, 15:09

Millətlər Liqası 5-ci tur: Almaniya 1/4 final ümidini itirə bilər - Niderland, Yunanıstan və digər vacib qarşılaşmalar

Futbol
Bu gün, 14:55

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Digər
Bu gün, 14:20

Mauro İkardi üzərində 11 yaşlı qızı və həyat yoldaşı ilə bağlı cinayət işi açıldı

Futbol
Bu gün, 14:00

Tiaqo Almeyda: Azərbaycanda futbol səviyyəsi yüksəkdir

Futbol
Bu gün, 13:54

Azərbaycan millisi Lixtenşteynlə sonuncu oyunda AVRO-2028 pley-off və 750 min avro mükafat uğrunda mübarizə aparaq

Futbol
Bu gün, 13:52

Pep Qvardiola ABŞ Milli Komandasının baş məşqçisi olmağa razıdır

Futbol
Bu gün, 13:49

Əfrən İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Oxşar xəbərlər