Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı oynayacağı oyunda rahat qalibiyyət əldə edə bilər.
Bu barədə "Report"-a millinin sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib.
38 yaşlı keçmiş yarımmüdafiəçi D Liqasının 2-ci qrupunda bu gün keçiriləcək matçla bağlı fikirlərini bölüşüb:
"İlk növbədə komandamıza uğurlar arzulayıram. Səfərdə layiqli qələbə qazanacaqlarına inanıram. Oyunçular rəqibin kimliyindən asılı olmayaraq ürəkdən və istəklə oynamalıdırlar. Üç xal qazansaq, qrupu birinci yerdə tamamlayacağıq. Bakıdakı görüşdə Lixtenşteyni məğlub etmək mümkün olmadı. Amma çox qol epizodlarımıza sahib olduq. Futbolunda belə hallar baş verir. Bu dəfə qələbə qazanmalıyıq. Komandamız üçün rahat qalibiyyət də ola bilər".
Xatırladaq ki, Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.