top
Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi Idman.biz
Bu gün, 14:55
- ↺ +

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Argentinalı futbolçu Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıqda ittiham olunur. Hadisə ilə bağlı təfərrüatlar üzə çıxıb.

İdman.Biz "Infobae" nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da Buenos-Ayresin ətrafında yerləşən Nordelta yaşayış kompleksində, İkardinin evində baş verib. Həmin vaxt futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara "MasterChef Celebrity" şousunun çəkilişlərində iştirak edib.

Məlumata görə, 11 yaşlı qız kompüter vasitəsilə "WhatsApp"da anasına mesaj yazaraq kömək istəyib. O, tək qaldığını, atasının onu vurduğunu və çox qorxduğunu bildirib. İddiaya görə, İkardi əvvəlcə qızını danlayıb, daha sonra vuraraq otağa bağlayıb.

911-ə edilən zəngdən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. Qız evdən özbaşına çıxaraq anasının yanına gedib. İkardinin digər qızı da həmin vaxt evdə olub və anasına qoşulub. Polis hesabatında futbolçunun evdə qaldığı və əməkdaşlarla danışmaqdan imtina etdiyi qeyd olunub.

Tigre bələdiyyəsinin gender zorakılığı ilə mübarizə üzrə prokuroru Xulio Petrukki hadisə ilə bağlı araşdırmaya başlayıb. Vanda Naranın rəsmi ifadəsinin alınması, azyaşlının məhkəmə-tibbi ekspertizadan keçirilməsi və İkardinin iş üzrə məlumatlandırılması barədə qərar verilib.

Çəkiliş zamanı Vanda Naraya çoxsaylı zənglər daxil olub. Lakin çəkiliş meydançasında mobil telefonlardan istifadə qadağan edildiyi üçün zənglərə onun sevgilisi Martin Migeles cavab verib. Bundan sonra onlar çəkilişləri yarımçıq saxlayaraq İkardinin evinə yollanıblar.

Nara evə çatdıqdan sonra İkardi ilə aralarında mübahisə yaranıb. Tərəflər yaşayış kompleksinin ərazisində bir-birinə qışqırıblar. Migeles onları sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Daha sonra Nara və onu müşayiət edən şəxslər prokurorluğa getməzdən əvvəl xəstəxanaya baş çəkiblər. Jurnalistin sözlərinə görə, məqsəd tibbi yardım almaqdan çox, iddia edilən xəsarətləri ekspertiza vasitəsilə qeydə aldırmaq olub.

Noyabrın 12-də isə 33 yaşlı İkardi vəkillərinin müşayiəti ilə prokurorluğa gedərək böyük qızına qarşı yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunduğu iş üzrə ifadə verib. Bildirilir ki, futbolçu evində axtarış aparılmasına mane olub və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qızına məxsus əşyaları götürməsinə imkan verməyib. O, hadisə ilə bağlı öz versiyasını təqdim edib.

İkardinin vəkilləri isə müvəkkillərinə qarşı irəli sürülən ittihamların yalnız bir tərəfin mövqeyinə əsaslandığını bildiriblər. Onlar istintaqın hər iki tərəfin mövqeyini dinləməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, Mauro İkardi ilə Vanda Naranın 2015 və 2016-cı illərdə dünyaya gəlmiş iki qızı var. Naranın argentinalı sabiq futbolçu Maksi Lopeslə əvvəlki nikahından daha üç övladı da var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:09

Millətlər Liqası 5-ci tur: Almaniya 1/4 final ümidini itirə bilər - Niderland, Yunanıstan və digər vacib qarşılaşmalar

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Digər
Bu gün, 14:20

Mauro İkardi üzərində 11 yaşlı qızı və həyat yoldaşı ilə bağlı cinayət işi açıldı

Futbol
Bu gün, 14:00

Tiaqo Almeyda: Azərbaycanda futbol səviyyəsi yüksəkdir

Futbol
Bu gün, 13:54

Azərbaycan millisi Lixtenşteynlə sonuncu oyunda AVRO-2028 pley-off və 750 min avro mükafat uğrunda mübarizə aparaq

Futbol
Bu gün, 13:52

Pep Qvardiola ABŞ Milli Komandasının baş məşqçisi olmağa razıdır

Futbol
Bu gün, 13:49

Əfrən İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Oxşar xəbərlər