Noyabrın 14-də Yaponiyanın Miyadzaki şəhərində triatlon üzrə Dünya Kubokunun mərhələsi keçiriləcək.
İdman.Biz xəbər verir ki, iştirakçılar 750 metr üzəcək, 20 kilometr velosiped sürəcək və beş kilometr qaçacaqlar.
Qadınların yarışında əsas favoritlərdən biri çinli Sinyu Lin hesab olunur. Asiya Oyunlarının, eləcə də Dünya Kubokunun Pekin və Txonyon mərhələlərinin qalibi Miyadzakidə qələbə seriyasını davam etdirməyə çalışacaq.
Kişilərin start siyahısına əvvəlki Honkonq mərhələsində qalib gələn fransalı Nils Ser Jeri başçılıq edir. O, 2026-cı ildə 23 yaşadək idmançılar arasında dünya çempionu adını da qazanıb.