"Mançester Yunayted" və "Mançester Siti" "Çelsi"nin müdafiəçisi Malo Qustonu heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Sağ cinah müdafiəsi mövqeyini gücləndirməyə çalışan hər iki Mançester klubu diqqətini 23 yaşlı fransız futbolçuya yönəldib.
Qusto 2023-cü ilin yanvarında 26 milyon funt-sterlinq (təxminən 31,1 milyon avro) qarşılığında "Lion"dan "Çelsi"yə keçib. 2026/27 mövsümündə o, Premyer Liqada 9 oyuna çıxıb, lakin güclü rəqabət səbəbindən onun "Stamford Bric"dəki gələcəyi qeyri-müəyyən olaraq qalır. "Çelsi" təxminən 60 milyon avro civarında olan təklifləri nəzərdən keçirməyə hazırdır.
Oyunçunun özü, əsas heyətdə yer alacağına zəmanət verildiyi təqdirdə, komanda dəyişməyə müsbət yanaşır. Qarşıdakı "transfer pəncərə"sində müdafiəçinin London klubundan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Qustonun "Çelsi" ilə müqaviləsi 2030-cu il iyununa qədər qüvvədədir.