Beynəlxalq Biatlon İttifaqı (IBU) Rusiya idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarını qüvvədə saxlayıb.
Təşkilatın məlumatına görə, İcraiyyə Komitəsi Rusiya və Belarus biatlon federasiyalarının statusu ilə bağlı monitorinq qrupunun hesabatını nəzərdən keçirib, lakin onların statusunda dəyişiklik etməyib.
Rusiya Biatlon İttifaqı (SBR) bu qərara qarşı mübarizəsini davam etdirir. Təşkilat 2025-ci il dekabrın 10-da qadağanın ləğvi tələbi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. İş üzrə dinləmə isə mayın 14-də keçirilib.
Qeyd edək ki, Rusiya biatlonda dünyanın aparıcı idman ölkələrindən biridir.