top
Regionlar üzrə idman tədbirləri: 20-26 oktyabr Idman.biz
21 oktyabr 2025, 12:41
- ↺ +

Regionlar üzrə idman tədbirləri: 20-26 oktyabr

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 20-dən 26-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika (kros) üzrə Abşeron rayon birinciliyi (oğlan və qız) – 24 oktyabr, saat 10:00 (Xırdalan şəhər, təyin olunmuş marşrut üzrə);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş U-17 2009-2011-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə region birinciliyi – 25-26 oktyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə region birinciliyi – 26 oktyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində uşu üzrə Avropa çempionatının bürünc mükafatçısı Yabir Şıxalıyevin rəhbərliyi ilə ustad dərsi – 20 oktyabr, saat 15:00 (İsmayıllı Uşu İdman Klubu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində 3x3 basketbol üzrə nümunəvi çıxışlar - 22 oktyabr, saat 14:00 (Qobustan rayonu Ş.Şikarov adına Sündü kənd tam orta məktəbi);

- Zəfər Gününə həsr olunmuş 2011-2013-cü il təvəllüdlü məktəbli yeniyetmələr arasında atletika üzrə Şamaxı rayon turniri - 24 oktyabr, saat 10:00 (Şamaxı şəhər stadionu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 25 oktyabr, saat 9:00 (Şamaxı şəhər Peşə liseyi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 25 oktyabr, saat 9:00 (Qobustan rayonu Sərxan Hacıyev küçəsində yerləşən yaşıllıq zolağı);

- Zəfər Gününə həsr olunmuş uşu üzrə klublararası turnir - 26 oktyabr, saat 10:00 (Ağsu İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə Goranboy rayon turniri - 20-28 oktyabr, saat 15:00 (Goranboy rayon məktəblərinin idman zalları);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil məktəblərinin 2015-2016-cı il təvəllüdlü şagirdləri (oğlan və qızlar) arasında 3x3 basketbol üzrə Gəncə şəhər turniri - 21-25 oktyabr, saat 10:00 (Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb);

- Zəfər Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Zəfər Kuboku turniri - 25 oktyabr-7 noyabr, saat 15:00 (Göygöl Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- IX-XI sinif şagirdləri arasında güllə atıcılığı üzrə Xocalı rayon turniri - 23 oktyabr, saat 14:00 (Goranboy rayon, Aşağı Ağcakənd qəsəbəsi);

- Məktəblilər arasında minifutbol üzrə rayon turniri - 24 oktyabr, saat 10:00 (Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi);

- 2009-2013, 2014-2017-ci il təvəllüdlü idmançılar arasında qılıncoynatma üzrə rayon turniri – 25 oktyabr, saat 10:00 (N.Gəncəvi adına Bərdə şəhər 2 №li beynəlmiləl tam orta məktəb).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- l, ll, lll dərəcəli idmançılar arasında şahmat üzrə tempo rayon turniri - 22 oktyabr, saat 10:00 (Qazax Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);

- Uşaq və yeniyetmələr arasında taekvondo üzrə rayon turniri - 25 oktyabr, saat 10:00 (A.Abdullayev adına şəhər 2 nömrəli tam orta məktəbi);

- "Konstitusiya və Suverenlik İli' çərçivəsində 2011-2012-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında atletika üzrə rayon turniri - 26 oktyabr, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "Səyyar sağlam həyat" layihəsi - 21 oktyabr, saat 11:00 (Siyəzən şəhər, Heydər Əliyev seyrəngahı);

- "Səyyar sağlam həyat" layihəsi - 23 oktyabr, saat 11:00 (Şabran şəhər, Heydər Əliyev parkı);

- "Səyyar sağlam həyat" layihəsi - 25 oktyabr, saat 11:00 (Xaçmaz şəhər, Zəfər parkı);

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 20 oktyabr, saat 7:30 (Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkı);

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri – 21 oktyabr, saat 7:30 (Yardımlı rayon Sahil stadionu);

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 23 oktyabr, saat 7:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);

- Zəfər Günü ilə əlaqədar yeniyetmələr arasında dama üzrə Lerik rayon turniri - 24 oktyabr, saat 10:00 (Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdləri arasında minifutbol üzrə Yardımlı rayon turniri - 24 oktyabr, saat 11:30 (Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbi):

- Dünya Cüdo Günü münasibətilə uşaqlar və yeniyetmələr arasında cüdo üzrə Masallı rayon turniri - 24 oktyabr, saat 15:00 (Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalı);

- Zəfər Gününə həsr olunmuş həndbol üzrə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında Cəlilabad rayon turniri - 24-25 oktyabr, saat 15:00 (Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbi);

- Kros qaçışı üzrə ölkə payız çempionatı – 25-26 oktyabr (Cəlilabad rayonu);

- Dünya Cüdo Gününə həsr olunmuş U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə region turniri – 25 oktyabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş voleybol üzrə məktəblilər arasında turnir - 20-23 oktyabr, saat 14:00 (İmişli şəhər 7 saylı tam orta məktəb).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 20 sentyabr-25 oktyabr, saat 19:00 (Zaqatala rayon Şimşək stadionu);

- Ümumtəhsil məktəbləri arasında stolüstü tennis üzrə şəhər turniri - 21-22 oktyabr, saat 10:00 (Şəki şəhər 12 nömrəli tam orta məktəb);

- Ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon turniri - 24 oktyabr, saat 10:00 (Balakən rayon Hənifə kənd tam orta məktəbi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmələr arasında şəhər turniri – 21-22 oktyabr, saat 10:00 ("Təhsil" RİM-nin Şirvan şəhər UGİŞM);

- Zəfər Gününə həsr edilmiş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında basketbol üzrə rayon birinciliyi - 22 oktyabr, saat 10:00 (Salyan şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi);

- Orta ümumtəhsil məktəblərinin qız şagirdləri arasında atletika (100 m və estafet) qaçışı üzrə şəhər birinciliyi – 23-24 oktyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);

- Ümumtəhsil məktəbləri arasında atletika (60 metr məsafəyə qaçış, turnirdə dartınma, yerindən uzununa tullanma) üzrə rayon turniri – 24 oktyabr, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Futbol
Bu gün, 14:33

Alman mütəxəssis Yulian Naqelsman Juventusun baş məşqçisi ola bilər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Oxşar xəbərlər