top
Qoca “qartallar” - TƏQDİMAT İdman.biz
23 may 2024, 17:37
- ↺ +

Qoca “qartallar” - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 22 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə C qrupunun komandalarını nəzərdən keçiririk. İngiltərə millisinin favorit olduğu qrupda Danimarka və Sloveniyanın ikincilik mübarizəsindəki digər rəqibi Serbiyadır.

İkinci yerlə Almaniyaya
Draqan Stoykoviçin baş məşqçisi olduğu komanda AVRO-2024-ə vəsiqəni çətinliklə qazanıb. Serbiya millisi son turda istəyinə çatıb. "Qartallar" Macarıstan və Monteneqro ilə mübarizədə ikinci olmağı bacarıb. Sonuncuları da, Litvanı da iki dəfə məğlub edən Stoukoviçin komandası digər görüşlərdəki itkilər üzündən özünü çətin duruma salıb. Macarıstana iki dəfə uduzan Serbiya qrupun autsayderi Bolqarıstanla iki heç-heçə edib. Son turdakı matç komandanı AVRO-2024-dən məhrum da edə bilərdi. Srcan Babiçin 82-ci dəqiqədəki qolu və eyni zamanda Monteneqronun Macarıstana uduzması "qartallar"ı ikinci edib.

Tarixdə ilk
Serbiya millisi bir vaxtların nüfuzlu Yuqoslaviya millisinin varisi sayılır. Dünya və Avropa çempionatlarında dəfələrlə yarımfinal və 1/4 finala çıxan federasiyanın süqutundan sonra "qartallar"ın əzəmətindən əsər-əlamət qalmayıb. Serbiya kimi ilk dəfə qitə çempionatında oynamaq hüququ qazanan yığmanın son belə uğuru 2000-ci ilə təsadüf edib. Həmin vaxt Serbiya ilə Monteneqronun daxil olduğu Yuqoslaviya 1/4 finala qədər irəliləyib. Serbiya son dörd mundialın üçündə final mərhələsində iştirak etsə də, qrupdan çıxmayıb.

Veteranların ümidində
Serbiya millisi final mərhələsinin ən yaşlı komandalarından biri olacaq. Yığmada aparıcı rollarda əsasən veteranlardır. Ulduz sayıla biləcək gənclər isə yetərincə azdır. Bu üzdən Serbiya qrupun autsayderi gözü ilə də baxanlar az deyil. Serbiya yığmaları bütün komanda növlərində kifayət qədər güclü təsir bağışlasa da, Stoykoviçli komandanın 1/8 finala adlaması asan olmayacaq.

Serbiya millisinin qrupdakı oyunları:
16 iyun. Serbiya – İngiltərə
20 iyun. Sloveniya - Serbiya
25 iyun. Danimarka – Serbiya

Qeyd edək ki, C qrupunun görüşləri 5 fərqli şəhərdə - Münhen, Köln, Frankfurt, Helzenkirhen və Ştutqartda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Dünən, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Dünən, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Oxşar xəbərlər