top
Prezident Kuboku-2025 beynəlxalq reqatasında iştirak edəcək dövlətlərin siyahısı dəqiqləşdirilib Report.az
21 aprel 2025, 15:38
- ↺ +

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında iştirak edəcək dövlətlərin siyahısı dəqiqləşdirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku-2025" beynəlxalq reqatasında iştiirak edəcək ölkələrin adları müəyyənləşib.

"Report" xəbər verir ki, aprelin 28-dən mayın 2-dək baş tutacaq yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də "Prezident Kuboku-2025" beynəlxalq reqatası çərçivəsində Qarabağda - Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, "Prezident Kuboku" reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:07

Portuqaliya millisinin 22 yaşlı vingeri Karluş Forbşun PSJ və Arsenal arasında transfer mübarizəsi

Futbol
Bu gün, 03:12

Real Madrid lider, PSJ ikinci, Komo, Barselona və Liverpool ilk beşdə

Futbol
Bu gün, 03:00

Fənərbaxçada Türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü

Futbol
Bu gün, 02:51

Aleksey İsayev: "Bu gün ölkəmizə bayram bəxş etdik" – Sabaha Barcelona qarşısında şərh

Futbol
Bu gün, 02:43

Arda Turanın “Fənərbaxça” qarşısında uduzması: “Liderik, amma...”

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Futbol
Bu gün, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi;

Futbol
Bu gün, 02:03

Çempionlar Liqasında 5-ci tur: "Lill" "Bavariya"nı məğlub etdi, "Fənərbaxça" qalib gəldi;

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Futbol
Bu gün, 01:34

Arşavin və Qleb “Sabah”ın “Barselona”ya qolu əsnasında emosional reaksiya verdilər

Futbol
Bu gün, 01:31

Qabriel Jezus: 'Sabah'la oyunda vacib üç xal qazandıq, qol vurduğum üçün xoşbəxtəm"

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:24

Xəyal Əliyev ağır zədədən sonra ilk oyununda fantastik performans göstərdi;

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:08

Coy-Lens Mikels: 'Çempionlar Liqasında "Barselona"ya ikinci qolumu da vura bilərdim'

Oxşar xəbərlər