top
Neymar komanda yoldaşını vurub  Şok detallar Lent.az
15 aprel 2024, 09:20
- ↺ +

Neymar komanda yoldaşını vurub Şok detallar

Gündəlik "L'Equipe" qəzetində "Neymarın süqutu" başlıqlı məqalə dərc olunub. 

Lent.az bildirir ki, Fransa mətbuatı braziliyalının PSJ-dəki çıxışı zamanı davranışının təfərrüatlarını ətraflı təsvir edib.

2017-ci ildə "Santos"un yetirməsi tarixin ən böyük transferinin baş qəhrəmanı olub. Parislilər onu 222 milyon avro ödəyərək "Barselona"dan alıblar.

Geriyə nəzər salsaq, bu sövdələşməni uğurlu hesab etmək çətindir. Neymar Çempionlar Liqasında komandanı qələbəyə apara bilməyib və səhhətindəki müxtəlif problemlərə görə bir çox oyunu buraxıb.

Futbolçunun məşqçilərə və komanda yoldaşlarına qarşı davranışı da tənqidlərə səbəb olub.  "L'Equipe" jurnalistləri ötən mövsüm Neymarın Kristof Qaltyenin köməkçisi ilə mübahisə etdiyini və bunu digər oyunçuların gördüyünü bildiriblər.

Məşqlərin birində İsmael Qarbi ilə də mübahisə yaranıb. Gənc yarımmüdafiəçi braziliyalıdan topu alıb, o, komanda yoldaşı qazonda yatarkən onun başına zərbə endirərək cavab verib. Bu, yeganə belə hadisə deyilmiş.

"Neymar məşqdə Vitinya ilə də kobud davranıb. Vitinya bunu inkar edib, çünki o, yaxşı oğlandır və problem istəmir, lakin o, bir neçə dəfə təhqir olunub", - klub mənbəsi deyib.

Fransa mətbuatı 32 yaşlı futbolçunun spirtli içki ilə bağlı ciddi problemləri olduğunu bir daha təsdiqləyib. Onun məşqə sərxoş gəldiyi iddia edilən hallar olub. Əvvəllər mətbuatda artıq futbolçunun bu aludəçiliklə bağlı problemlərinin olduğu haqda məlumatlar yayılmışdı.

"L'Equipe" onu da xəbər verir ki, Luis Enrike kluba gələn kimi Neymarı dərhal danlayıb. Məşqçi onu mövsümöncəsi Yaponiya turuna aparmaq istəməyib. Bununla belə, Luiş Kampuş məşqçini inandırıb ki, braziliyalı transfer bazarında dəyərini artırmaq üçün yoldaşlıq görüşlərində meydana çıxmalıdır.

Ötən yay Neymar Fransa paytaxtını tərk edib. Onu 90 milyon avro ödəyərək "Əl-Hilal" alıb. Hücumçu Səudiyyə klubunun heyətində cəmi 5 oyunda iştirak edə bilib. O, artıq bir neçə aydır ki, çarpaz bağın yırtılmasından müalicə olunur.
 
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 15:52

Bakıda cüdo üzrə paytaxt birinciliyində ilk medalçılar müəyyənləşib

Cüdo
Bu gün, 15:46

Azərbaycan cüdoçuları Bakıdakı klublarda birgə məşqlərə qatılıblar

Şahmat
Bu gün, 15:42

Nərmin Abdinova Avropa U18 Çempionatında bütün oyunları qazanaraq tarixinə düşdü

Futbol
Bu gün, 15:30

Bellingem Real Madrid ilə müqaviləsini 2031-ci ilə qədər uzatdı

Cüdo
Bu gün, 15:12

Bakıda cüdoçular üçün təhlükəsiz idman seminarı keçirildi

Digər
Bu gün, 15:06

Azərbaycan “Mountain Sports Club” ilə Gürcüstan “Sakartvelo Orienteering” arasında əməkdaşlıq memorandumu imzalandı

Futbol
Bu gün, 15:01

Kəpəz və Gəncəbasar 1:1 hesablı yoxlama oyununda görüşdülər

Futbol
Bu gün, 15:00

Arif Əsədov: Qol Epizodlarından Yararlana Bilməmək Yaralı Yerimizdir

Basketbol
Bu gün, 14:56

ABŞ basketbolçusu Sumqayıtın şəhərinə öz doğma şəhərini xatırlayır

Futbol
Bu gün, 14:36

Ronaldusuz Portugal və Holandın təzyiqi altında: Millətlər Liqasında 8 əsas matç

Digər
Bu gün, 14:30

Almaniyanın 1990 Dünya Çempionu Prezident namizədinə çevrildi

Digər
Bu gün, 14:16

IIHF, CAS-ın Rusiyanın beynəlxalq hokkey turnirlərinə qayıtmasına verdiyi qərardan şikayət etdi

Digər
Bu gün, 13:57

Merab Dvalişvili Usman Nurməhəmmədovun azad buraxılmasını istədi

Digər
Bu gün, 13:37

Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı

Futbol
Bu gün, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib;

Futbol
Bu gün, 13:30

Portuqaliyalı futbolçulardan ən çox qazanən beş oyunçu

Futbol
Bu gün, 13:26

Roma azarkeşləri prezident Lotitonun rəhbərliyi ilə münaqişə səbəbindən ev oyunlarını boykot edir

Futbol
Bu gün, 13:00

Rikardo Fernandeş: Şamaxının performansı üçün daha artığı hədəflənir

Şahmat
Bu gün, 12:57

Baş məşqçi, Avropa çempionatındakı şahmatçıların çıxışını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:37

Mançester Yunayted Vinisius Juniorun transferini planlaşdırır

Futbol
Bu gün, 12:30

ESPN tərəfindən təyin edilən Dünyanın 10 ən yaxşı futbolçusu reytinqi açıqlanıb

Olimpiada
Bu gün, 12:17

Azərbaycanın yeniyetmələrin Yay Olimpiya Oyunlarında son 12 ildə ən yaxşı nəticə göstərildi

Futbol
Bu gün, 12:00

Braziliya və Argentina U‑20 komandalarının Azərbaycan‑Özbəkistan çempionatı üçün vəsiqə mübarizəsi çətinləşir

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Oxşar xəbərlər