top
Millinin məşqçilərinin işi nədir? - Akademiyalara sorğu göndərdik Apasport.az
17 aprel 2025, 13:32
- ↺ +

Millinin məşqçilərinin işi nədir? - Akademiyalara sorğu göndərdik

Daha öncə xəbər verdiyimiz kimi, ötən ay futbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri müəyyənləşdi.
 
U-17 Aqil Nəbiyevə tapşırıldısa, U-18 İlham Yadullayevin sərəncamına verildi. 19 yaşadək futbolçulardan ibarət yığmaya isə Elxan Abdullayev təyin olundu.
 
Əslində, həmin adların heç biri yeni deyil. Adı çəkilən mütəxəssislər daha öncə də yığma komandaları çalışdırırdılar. Sadəcə olaraq, onların rəhbərlik etdiyi kollektivlər dəyişdi.
 
Bəs, klublar həmin məşqçilərin işindən nə dərəcədə razıdırlar? Bu barədə suallarımızı Premyer Liqa təmsilçilərinin akademiyalarından məsul şəxslərinə yönəltdik.
 
Apasport.az həmin sorğunu təqdim edir:
 
Nail Kərimov (Qarabağ): "Millinin həmin yaş qruplarına təyinatlar yenidir. U-17 seçmə mərhələdə iştirak etdi və turnir sona çatdı. Həmin yaş qrupu artıq U-18 olacaq. Bunlar 2008 təvəllüdlü futbolçulardır. 2007-lər U-19, 2009-lar isə U-17 olacaqlar. Hər iki komanda yeni təyinatdan sonra yalnız bir toplanış keçirib. 17 yaşadək futbolçulardan ibarət yığma hazırda ikinci toplanışındadır. Məşqçilərlə daim əlaqədəyik. Həm baş məşqçilər, həm də köməkçiləri məşqlərimizə, oyunlarımıza gəlirlər. Mütəxəssislər bizim çalışdırıcılarla fikir mübadiləsi aparırlar. İndiyə qədərki məşqçilər də belə edirdilər. Görünür, bundan sonrakılar da eyni yolu izləyəcəklər".
 
Elşad Əhmədov (Neftçi): "Oyunlarımızın əksəriyyətini izləyirlər. Hər üç yaş qrupunun həm baş məşqçiləri, həm də köməkçi məşqçiləri matçlarımızda iştirak edirlər. Öz qeydlərini aparırlar. Oyunları diqqətlə izləyirlər. Mütəxəssisləri əsasən, güclü rəqiblərlə görüşlərdə görürük. "Qarabağ", "Sabah" kimi komandalarla matçlarda yığmaların məşqçiləri gəlirlər. Məşqlərimizi izlədiklərini deyə bilmərəm. Bəlkə təsadüfən ola bilər, amma mən görməmişəm".
 
Namiq Süleymanov (Sabah): "Akademiyamızda işlər öz qaydasında davam edir. AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalar sona yaxınlaşdıqca rəqabət daha da artır. "Sabah" Futbol Klubunun akademiyasından millilərə dəvətlər hər zaman çox olub. Yığma komandaların məşqçiləri oyunlarımıza mütəmadi olaraq gəlirlər. Futbolçular haqqında tez-tez maraqlanırlar. Demək olar ki, daim əlaqədə oluruq".
 
Zaur Həşimov (Zirə): "Bütün aşağı yaş qrupları üzrə milli komandaların məşqçiləri mütəmadi olaraq oyunlarımıza gəlirlər. Onlarla daim fikir mübadiləsi aparırıq. Hazırda akademiyanın bütün yaş qruplarında yığmaya dəvət alan perspektivli gənclər var".
 
Sakit Rzayev (Araz-Naxçıvan): "Akademiyamızın 10-16 yaş aralığındakı komandaları Naxçıvandadır. U-17 və U-19 isə Bakıdadır. Həm bura, həm də ora bizim akademiyanın nəzdindədir. U-17 və U-19-un baş məşqçiləri ilə danışanda həmişə bildirirlər ki, milli komandadan gəlirlər, oyunlarımızı izləyirlər. Aqil Nəbiyev, İlham Yadullayev, Zamir Həsənov (Elxan Abdullayevin köməkçisi) mütəmadi olaraq matçlarımızda iştirak edirlər".
 
Eltay Aslanov (Turan Tovuz): "Turan Tovuz"un ev oyunlarında təəssüf ki, heç kimi görə bilmirik. Yalnız Aqil Nəbiyevi matçlarımızda görürük. Akademiyaya gəlir, futbolçularla maraqlanır. Digər mütəxəssislərlə də davamlı əlaqədəyik, müzakirələr aparırıq. Lakin Tovuzda keçirdiyimiz görüşlərdə onları görməmişik".
 
İlham Səmədov (Kəpəz): "Mənim çalışdığım dövrdə yalnız Aqil Nəbiyev Gəncəyə gəlib, oyunlarımızı yerindən izləyirdi. Digər milli məşqçilər isə Bakıdakı matçlarımıza gəlirdilər. Buna baxmayaraq, hər biri ilə mütəmadi olaraq əlaqədə olurduq".
 
Hakan Sünal (Sumqayıt): "Bu sualı bir az daha geniş götürək. Soruşaq ki, heç son 6 ildə gələn olub? İlham Yadullayevi həmin müddətdə 1-2 dəfə görmüşəm. Aqil Nəbiyevi də həmçinin. Amma bu mövsüm ümumiyyətlə heç kim gəlməyib. Hər birinin köməkçiləri gəlirlər. Açıq danışsaq, bu qədər gəlməklə gəlməmək arasında bir fərq yoxdur. Sumqayıta çox az gəliblər. Mən AFFA-ya bu barədə təklif də göndərmişdim. Bu adamlar həftəiçi nə işlə məşğuldurlar? Heç oyunlara gəlməyi demirəm. Məsələn, bazar ertəsi gəlsinlər məşqimizi izləsinlər, baş məşqçi ilə əlaqədə olsunlar. Sonrakı gün "Sabah"a, çərşənbə günü "Neftçi"nin akademiyasına yollansınlar. Bu şəxslərin həftəlik proqramı nədən ibarətdir? Ən böyük problem budur. Bəzən oyunlara gəlirlər. Həmin zaman da söhbət edirlər, matçı diqqətlə izləmirlər. Bu prosesin dəyişməsini arzulayıram".
 
Vəli Qasımov (Şamaxı): "Bizim 19 yaşlılardan ibarət komandamız Bakıda məskunlaşıb. Məşq və matçları orda keçirirlər. Bu səbəbdən milli məşqçilərinin oyunlarda iştirak etməsi təbiidir. Lakin U-17 komandamız Şamaxıdadır. Həmin kollektiv akademiyanın ən zəif komandasıdır. Heyəti çətinliklə toplaya bilmişik. Məşqlərdə və oyunlarda millidən heç kəsi görməmişik. Böyük ehtimalla komandanın zəif olduğu üçün matçlara heç kəs gəlmir".
 
Mirbağır İsayev (Səbail): "Səbail"in futbolçuları hər zaman milliyə dəvət alıblar. Hazırda da yaş qruplarımızın demək olar ki, əksəriyyətindən yığmaya oyunçular cəlb olunurlar. Milli komanda məşqçilərini məşqlərdə gördüyümü desəm, doğru çıxmaz. Amma Emin İmaməliyevi və Hüseyn Məhəmmədovu tez-tez oyunlarımızda görürəm. Aqil Nəbiyev və Elxan Abdullayevin köməkçiləri daim matçlarımıza gəlirlər. Onlarla söhbətlərimizdə də milli komanda ilə bağlı danışıqlarımız olur. Yığma məşqçilərindən nə zaman zəng edən olsa, ünsiyyətdə oluruq".
 
Famil Xəlilov (Qəbələ): "Hər üç yaş qrupunun məşqçiləri – Aqil Nəbiyev, İlham Yadullayev və Elxan Abdullayevlə çox yaxşı münasibətlərimiz var. Mütəmadi olaraq əlaqədəyik, danışıqlarımız olur. Həm futbolçuların inkişafı, həm də məşq prosesi ilə bağlı müzakirələr aparırıq. Onlara oyunçularımızın durumları barədə məlumat göndəririk. Mütəxəssislər də bizə "Qəbələ"nin futbolçularının millidəki çıxışları barədə geridönüş edirlər. İmkan düşdükcə akademiyamızın düşərgəsində olurlar. Son illərdə yığmalar Qəbələdə təlim-məşq toplanışı keçirirlər. Belə olan halda, məşqçilərlə daha çox görüşmək və müzakirələr aparmaq şansımız olur. Aqil Nəbiyevi oyunlarda tez-tez görürük, düşərgəmizdə olur, futbolçularla maraqlanır. Akademiya olaraq hər üç mütəxəssisdən razıyıq".
 
Qeyd edək ki, hər üç mütəxəssisin müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Bu gün, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Bu gün, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Bu gün, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Bu gün, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər