top
Kür heyətinin baş məşqçisi Fuad Yanqildin: Çair qarşısında qələbə qazanmaq istəyirik Idman.biz
Bu gün, 11:57
- ↺ +

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Qadın həndbolçulardan ibarət "Kür" komandasının EHF Avropa Kubokunun üçüncü turundakı rəqibi Şimali Makedoniyanın "Çair" klubu dünyanın ən güclü həndbol məktəblərindən birini təmsil edir.

Bu barədə Mingəçevir klubun baş məşqçisi Fuad Yanqildin İdman.Biz-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəqibin gücü "Kür"ün oyunçularını qorxutmur, Mingəçevir təmsilçisi qarşısına yüksək məqsədlər qoyub:

"Şimali Makedoniya, ümumiyyətlə, Balkan ölkələri, Rusiya və Skandinaviya həndbol məktəblərilə yanaşı, hər zaman ən güclülərdən hesab olunub. Bu ölkələrin idmançıları dünya arenasında sözlərini deyirlər. Bu matçlar üçün yeni taktika seçəcəyik, çünki hər oyuna fərqli planla hazırlaşırıq. Hazırda komandamızda əhval-ruhiyyə və motivasiya yüksəkdir. Hamı oyunları səbirsizliklə gözləyir, yenidən qələbə qazanmaq istəyir və bunun üçün çalışırıq. EHF Avropa Kubokunda mümkün qədər irəli getməyi hədəfləyirik. İnşallah, hər şey uğurlu alınar".

Yanqildin hər iki qarşılaşmanın yenidən Mingəçevirdə keçiriləcəyini də qeyd edib.

"Bunun əsas səbəbi Mingəçevir şəhərində və bütövlükdə regionda həndbolun inkişafına töhfə verməkdir. Digər tərəfdən, doğma meydanda azarkeşlərimizin dəstəyi komandaya əlavə motivasiya verir. Belə oyunlarda bütün emosiyalarını sərbəst şəkildə ifadə edə bilirsən", – deyə baş məşqçi izah edib.

Xatırladaq ki, iki həftə əvvəl Mingəçevir həndbolçuları Kiprin APOEL klubunu iki dəfə məğlub edərək EHF Avropa Kubokunun üçüncü mərhələsinə yüksəliblər. Üçüncü turu çərçivəsində "Kür" və "Çair" komandalar arasında ilk oyun noyabrın 13-də, cavab qarşılaşması isə noyabrın 15-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:42

Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub

Tennis
Bu gün, 12:38

Tunar Bağırov Riga Şəhər Şurasının Gənclər Kuboku 2026 turnirində 3-cü yeri tutdu

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Futbol
Bu gün, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Futbol
Bu gün, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabağ FK
Bu gün, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Qarabağ FK
Bu gün, 11:00

Qarabağ futbolçusundan açıqlama: “Titul üçün mübarizə üç komanda arasında olacaq”

Digər
Bu gün, 10:57

Avropa Muay Thai Çempionatında 4 Medal Qazanıldı

Futbol
Bu gün, 10:44

Doruxan Toköz və Helin Kandemir Yenidən Birlikdə; "Kandırdım" Mahnısı Sosial Şəbəkələrdə Diqqət Çəkdi

Futbol
Bu gün, 10:42

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

Futbol
Bu gün, 10:40

Gecə Qızıl Topun Qalibi Açıq Olacaq: Ən Gözlənilən Namizədlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Oxşar xəbərlər