top
Kağız Üzərində Federasiyalara Son: Atil Ağamirov Yapon Döyüş Növləri Assosiasiyasının Fəaliyyətindən Danışır Idman.biz
22 oktyabr 2025, 17:31
- ↺ +

"Kağız Üzərində" Federasiyalara Son: Atil Ağamirov Yapon Döyüş Növləri Assosiasiyasının Fəaliyyətindən Danışır

Son illərdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan idmanında ən mühüm məsələlərdən biri - fəaliyyəti yalnız "kağız üzərində" olan, idmançıları isə yalnız "məhəllə səviyyəli" beynəlxalq turnirlərdə iştirak edən federasiyaların sayının azaldılması istiqamətində ciddi işlər görülüb. Xüsusilə də şərq döyüş növlərini təmsil edən federasiyalarla bağlı ciddi addımlar atılıb. Nəticədə Karate Federasiyaları Assosiasiyası və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası yaradılıb. Əgər birincinin - Ülvi Quliyevin rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti mediada geniş işıqlandırılırsa, ikinci barədə demək olar ki, heç nə məlum deyil.

İdman.Biz bu məlumat boşluğunu aradan qaldırmaq məqsədilə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirovdan müsahibə götürüb.

- Sizin rəhbərlik etdiyiniz assosiasiyaya neçə federasiya daxildir?

- Demək olar ki, yapon mənşəli bütün döyüş növləri bu assosiasiyaya daxildir – aykido, sumo, ciu-citsu, kendo, iaydo, kido və s. Nizamnaməyə əsasən, biz karate və cüdo istisna olmaqla səkkiz müxtəlif yapon döyüş növünü birləşdiririk.

- Mən bildiyimə görə, assosiasiyaya həm yapon, həm də Braziliya ciu-citsusu daxildir. Bu iki federasiyanın rəhbərləri uzun müddət bir-biri ilə ziddiyyət içində idi. Sizə bu problemi həll etmək mümkün oldumu?

- Hər iki təşkilat bizim assosiasiyaya daxildirsə, deməli, mümkün olub (gülür).

- Bu federasiyaların bir strukturda birləşdirilməsi nə verdi?

- Ən azı, həmin sahələrdə mövcud olan qarışıqlığa son qoyuldu. "Məhlə səviyyəli" beynəlxalq turnirlərə səfərlər dayandı. İdmançılar o qədər medal gətirirdilər ki, elə bil orada medallar endirimdə idi. Valideynlərin də aldadılması dayandı – o yarışları "dünya çempionatı" və ya "dünya kuboku" adlandırırdılar. Artıq böyüklər arasında da kiçik turnirlərdəki qələbələri böyük uğur kimi təqdim etmək mümkün deyil. Ən azı ona görə ki, biz hər hansı yarışa ezamiyyəti yalnız həmin turnirin legitimliyi və Gənclər və İdman Nazirliyinin müvafiq strukturları tərəfindən yoxlanıldıqdan sonra maliyyələşdiririk. İndi assosiasiyamıza daxil olan hər bir təşkilat yarışa qatılmaq istəyirsə, bunun üçün əsaslı arqument təqdim etməli və turnirin rəsmi statusunu, idman əhəmiyyətini sübut etməlidir.

- Yəni siz artıq bütün bu "saxta" dünya çempionatlarının maliyyələşdirilməsindən və belə "çempionların" mükafatlandırılmasından tamamilə imtina etmisiniz?

- Əlbəttə! Üstəlik, deyim ki, elə idman növləri var ki, ümumiyyətlə, dünya çempionatları keçirilmir. Və ya keçirilir, amma bizdə hələ həmin səviyyədə idmançılar yoxdur.

- Konkret misal göstərə bilərsinizmi?

- Əlbəttə. Məsələn, aykido üzrə dünya çempionatı keçirilmir. Yalnız bir istiqamət – tomiki-aykido üzrə dünya çempionatı olur. Amma bu istiqamət bizdə hələ inkişaf mərhələsindədir, idmançılarımız yoxdur, inkişaf etdirməyi planlaşdırırıq. Bu sahə üzrə güclü, rəqabətli yarışlar var, amma dünya çempionatı yoxdur. Məsələn, iaydo və ya kendo üzrə dünya çempionatlarında isə bizim idmançılar hələ iştirak edə bilmirlər, çünki bizdə həmin səviyyədə idmançılar yoxdur.

– Bəs sumo üzrə vəziyyət necədir? Axı gələn il Bakıda bu növ üzrə dünya çempionatı keçiriləcək. Siz qorxmursunuz ki, sumonun, açıq desək, Azərbaycanda o qədər də inkişaf etmədiyi şəraitdə komandamız medalsız qala bilər? Axı yaxınlarda taekvondo üzrə analoji vəziyyət oldu - hər zaman güclü idmançılarımız olsa da, evdə keçirilən dünya çempionatında medal qazana bilmədik.

- Mən elə düşünmürəm ki, biz medalsız qalacağıq. Bəli, razıyam, sumo bizdə taekvondo qədər populyar deyil, amma ən azı üç sumoçumuz var ki, qarşıdakı dünya çempionatında medal qazana bilərlər. Bunlar Cavid Yusifov, Əmrah Şəfiyev və Araz Mehrəliyevdir. Bu uşaqlar dünyanın ən güclü sumoçularına layiqli rəqib ola bilərlər. Onların adlarını yadda saxlayın – siz mütləq bu adları eşidəcəksiniz.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:22

Bruno Fernandeş Poçettinonun

Qarabağ FK
Bu gün, 21:20

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Futbol
Bu gün, 21:07

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Futbol
Bu gün, 20:27

İspaniyalı menecer Xavi Bonaventura: "Barselona"-nın Bakıda işini çətinləşdirəcək iki amil - uzun səfər və Yamalın yoxluğu

Futbol
Bu gün, 20:25

Barselonanın yarımmüdafiəçisi Fermin Lopes iki oyuna diskvalifikasiya olunub

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Qalatasaray’ın baş məşqçisi Okan Buruk «Aston Villa» matçından sonra Batrakovun şəkli ilə hazırlanmış şokolad hədiyyə alıb

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Oxşar xəbərlər