III MDB Oyunları çərçivəsində çövkən üzrə növbəti matç keçirilib.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.
Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
III MDB Oyunları çövkən B qrupu Türkiyə millisi