top
IRONMAN 70.3 Baku triatlonu üçün sentyabrın 4‑5‑də yol məhdudiyyətləri tətbiq olunacaq Idman.biz
04 sentyabr 2026, 10:27
- ↺ +

IRONMAN 70.3 Baku triatlonu üçün sentyabrın 4‑5‑də yol məhdudiyyətləri tətbiq olunacaq

Bakıda keçiriləcək beynəlxalq səviyyəli "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

İdman.Biz xəbər verir ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.

Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.

Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, "Sheraton Baku Intourist" hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Oxşar xəbərlər