top
İdman bürcü - Astroloji PROQNOZ: 6-12 may İdman.biz
05 may 2024, 11:39
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 6-12 may

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həddindən artıq aktiv enerji duyğularınızı və ehtiraslarınızı idarə etmək qabiliyyətinizə mane ola bilər. Açıq havada fiziki fəaliyyət tövsiyə olunur. Bu, bədəninizdən artıq mənfi duyğuları və enerjini tez bir zamanda çıxarmağa kömək edəcək. Sevdiklərinizə qarşı daha diqqətli olun. Qoçların yeni sensasiyalar, yeni tanışlıqlar arxasınca getmələri ciddi münaqişəyə səbəb ola bilər. Özündənrazılıq və həddən artıq risk etməyiniz xoşagəlməz və hətta təhlükəli nəticələrə gətirib çıxara bilər. Karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Bir çoxlarınız üçün bu həftə çox dinamik, lakin qeyri-müəyyən bir dövr olacaq. Özünüzə inamınız və qətiyyətiniz xeyli artacaq. Lakin problemlərinizin həllində daha çevik və diqqətli olmalısınız. Başqaları ilə ünsiyyətdə olarkən daha təmkinli davranmalısınız. Yüksək fəallığınız kimisə qıcıqlandıra, şəxsi və maliyyə münaqişələrinə səbəb ola bilər. Lakin buna baxmayaraq, ideyalarınızın böyük hissəsi öz təsdiqini tapacaq. Həndbol, stolüstü tennis, basketbol və voleybol növlərində uğurlar gözlənilir.

Əkizlər
Həftə əkizlər üçün əlverişli dövr deyil. Tez-tez özünüzdə problemlərinizə həddən artıq təslim olma hissini tapa biləcəksiniz. Əvvəlki gözləntiləriniz və razılaşmalarınızdan bir çoxu boş vədlərə çevrilə bilər. Bəzilərinizdə maraqlarınızı müdafiə etmək cəhdləri gözlənilməz maneələrlə qarşılaşacaq. Buna görə də, daha yumşaq və sakit bir həyat tərzinə keçməli olmalısınız. Lakin bütün bunlara baxmayaraq, şahmat, sambo, gimnast, karate və güləşçilər xoş müjdələr alacaq.

Xərçəng
Xərçənglər üçün maliyyə baxımından müsbət dəyişikliklər mümkündür. Enerjidə nəzərəçarpacaq artım sizi şübhələrdən və qeyri-müəyyənlikdən azad edəcək. Ancaq diqqətli olun - hədəflərinizə çatmaq üçün ideal şərtləri əldən vermə ehtimalı yüksəkdir. Bu günlərdə, demək olar ki, bir növ xəyal qırıqlığı yaşayacaqsınız. Buna görə də, həftə ərzində romantik macəralar və ya hüquqi məsələlərlə bağlı heç bir addım atmamalısınız. Avarçəkmə, cüdo, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Şir
Həftə şirlər üçün çox perspektivlidir, lakin heç nəyə zəmanət vermir. Hər zaman yaranan fürsətlərdən yararlanmağa hazır olun, şansınızı qaçırmayın. Ən yaxşı tərəfinizi göstərməklə siz yeni perspektivlər aça, karyera sahəsində bir pillə qalxa və statusunuzu yüksəldə bilərsiniz. Bu həftə əsas məqsədlərinizə çatmaq, əvvəllər başlamış layihələri yekunlaşdırmaq üçün əlverişli zamandır. Daxil olan məlumatlara qarşı daha diqqətli olun, təhrif oluna bilər. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Qız
Qızlar mühüm həyati seçimlər etməli və bəlkə də bütün əvvəlki təcrübələrinizi yenidən nəzərdən keçirməlisiniz. Artıq kiminləsə yaxın münasibət qurmağınız barədə qərar vermək vaxtı çatıb. Evli cütlüklər arasında çətin bir narazılıq dövrü ola bilər. Hətta bu cür boşluqların boşanmaya da gətirib çıxarma ehtimalı var. Ona görə həftə ərzində səbirli və təmkinli olmağa çalışmalısınız. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Tərəzi
Bu həftə bir çox tərəzilər üçün yaddaqalan məqamlar baş verəcək. Təbii ki, hər şey daha yaxşıya doğru olacaq. Bu, sizin daha yetkin və məqsədyönlü olmağınıza kömək edəcək. Qeyri-sabit emosional vəziyyətinizə, artan həssaslığa və qarşıdurmalara meylinizə baxmayaraq, diqqətinizi ən vacib vəzifələrə yönəltsəniz, çox uğurlu nəticələrə sahib ola biləcəksiniz. Hər cür xırda şeylərlə, boşboğazlıq və əyləncə ilə diqqətinizi yayındırmamalısınız. Basketbol, güləş, karate, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Bu həftə bir çox əqrəblər bəzi dərin dəyişikliklərə ehtiyac duyacaqlar. Başqalarının - dostların, qohumların, yaxınların problemlərini həll etmək üçün çox vaxt və səy tələb olunacaq. Ona görə də ən vacib işlərinizi və görüşlərinizi həftəsonuna salmağınız daha yaxşıdır. Ümumiyyətlə, bu həftə bir qədər sıxıcı keçəcək. Buna görə də, ekstremal şəraitlərdə xüsusilə diqqətli olmaq lazımdır. Cüdo, güləş, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Oxatan
Bəzi oxatanlar üçün arzuolunmaz bir həftə gəlir. Qarşıdakı günlər çətin keçə bilər. Çünki həddən çox işləməli, bir sıra əlavə vəzifələri yerinə yetirməli olacaqsınız. Bir çoxlarınız iradə və əzmkarlıq kimi keyfiyyətlərinizin əhəmiyyətli dərəcədə zəiflədiyini hiss edəcəksiniz. Bununla, hətta siz hər cür dedi-qodu, tənqid və intriqa üçün kifayət qədər asan hədəfə çevirə bilərsiniz. Həftə ərzində ciddi maliyyə çətinliklərini istisna etmək olmaz. Həndbol, güləş, voleybol, basketbol və futzal idman növlərində uğurlar vəd olunur.

Oğlaq
Oğlaqlar üçün həftə kifayət qədər dinamik olacaq. İnvestisiya, səyahət, görüşlər üçün əlverişli dövr başlayır. Bu zaman yeni romantik tanışlıqların olma ehtimalı yüksəkdir. Üstəlik, uğur qazanmaq üçün ciddi səylər göstərməyə ehtiyac yoxdur. Ona görə də bu vaxtdan mümkün qədər səmərəli istifadə etməyə çalışmalısınız. Heç bir şeydən qorxmadan hər hansı bir işdə səylərinizi artırmağa cəhd edə bilərsiniz. Nə qədər aktiv olsanız, nəticələriniz və əhval-ruhiyyəniz bir o qədər yaxşı olacaq. Qaçış, atsürmə, üzgüçülük və güləş növlərində uğurlar gözləniləndir.

Dolça
Bu həftə dolçaların enerjisi yavaş-yavaş azalmağa başlayacaq. Buna görə də daha rahat həyat tərzinə üstünlük versəniz düzgün olar. Planlarınızı həyata keçirmək üçün maliyyə çatışmazlığı ilə də üzləşə bilərsiniz. Həftə ərzində bəzi plan və gözləntilərinizi tənzimləməli və düzgün qərarlar verməlisiniz. Ailənizin və dostlarınızın dəstəyi çox vacib olacaq. Bacardığınız qədər yaşıllıq ərazidə gəzintiyə üstünlük verin. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Balıqlar
Balıqlar üçün əlverişli bir həftə gözlənilir. Sosial əlaqələrinizin genişlənəcəyi, intellektual səviyyənizin və emosionallığınızın yüksələcəyi vaxtıdır. Lakin özünüzə birbaşa aid olmayan işlərə qarışsanız, həftə bir qədər xaotik başlaya bilər. Eyni zamanda həftəiçi vacib işə başlamaq da münasib görülmür. Mühüm görüşlər, danışıqlar aparmaq və ya səfərlərə başlamaq məsləhət deyil. Lakin təmkinli davranışınızla bir çox məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Velosiped, qaçış, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Oxşar xəbərlər