top
Gənc Peşəkar Velosipedçilər İB-nin təqdimatı: Məqsədlər, nailiyyətlər və gələcək planlar Report.az
25 sentyabr 2025, 18:46
- ↺ +

"Gənc Peşəkar Velosipedçilər" İB-nin təqdimatı: Məqsədlər, nailiyyətlər və gələcək planlar

"Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin (İB) məram və məqsədləri, gələcək fəaliyyət istiqamətləri, eləcə də müsabiqə üzrə qalib olduğu qrant layihələri, respublika əhəmiyyətli və beynəlxalq idman yarışlarında əldə etdiyi naliyyətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, İB-nin sədri Vüqar Salahov, Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüfət Həsənov, Olimpiya çempionları Elnur Məmmədov və Hidayət Heydərov, Olimpiya Oyunlarının bürünc və gümüş medalçısı, dördqat Avropa çempionu Hacı Əliyev və dəvət olunan digər qonaqlar çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafı, beynəlxalq idman yarışlarının təşkili, respublikanın idman nüfuzunun artırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdikləri misilsiz xidmətləri qeyd ediblər.

Bildirilib ki, son illərdə dövlət tərəfindən velosiped idmanının inkişafına göstərilən diqqət və qayğı öz növbəsində paytaxt Bakıda, ölkənin digər şəhər və qəsəbələrində mikromobilliyin yaradılmasına və genişləndirilməsinə güclü təkan verib, velosipedin ekoloji təmiz nəqliyyat vasitəsi kimi populyarlığının daha da artmasına səbəb olub. Çıxışçılar "Gənc Peşəkar Velosipedçilər" İB-nin ölkəmizdə velosiped idmanının inkişafına artıq layiqli töhfələr verdiyini vurğulayaraq, cəmiyyətdə sağlam həyat tərzinin təbliği və təviqi kimi nəcib və vacib fəaliyyətin həyata keçirilməsində İB-yə uğurlar arzulayıblar.

Tədbirin aparıcısı, İB-nin üzvü Firdovsi Kərimov ümumi yığıncağın qərarı ilə Mədət Quliyevin "Gənc Peşəkar Velosipedçilər" İB-nin fəxri sədri seçildiyini elan edib, Azərbaycan velosiped idman tarixində ilk dəfə olaraq Türkiyənin Ankara şəhərində keçirilən nüfuzlu "GranFondo Başkent" beynəlxalq velosiped yarışında İB-nin üzvü Natalya Vallekin 1-ci yeri qazandığını və İB-nin məşqçisi Musa Mikayılzadənin dəfələrlə müxtəlif turnirlərdə uğurla çıxış etdiyini diqqətə çatdırıb.

İB-nin sədr müavini Qədir Xəlilov qeyd edib ki, "Gənc Peşəkar Velosipedçilər" İB-yi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar keçirilən qrant müsabiqəsinin qalibi olub. O, qrant layihəsi çərçivəsində yaxın günlərdə Xankəndi-Şuşa marşrutu üzrə "Zəfərin izi ilə" adlı veloyürüşün təşkil olunacağını və həmin tədbirdə 100-dən artıq velosipedçinin iştirakının nəzərdə tutulduğunu bildirib. Bu təşəbbüsün gənclərin idmana marağını daha da artırmaqla yanaşı, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qazanılmış şanlı Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığını söyləyib.

Sonra İB-nin nizamnaməsinə uyğun gələcək fəaliyyət planı üzrə aşağıdakı hədəflər müəyyən edilib:

· Ekoloji layihələr: Velosiped idmanının ekoloji təmiz nəqliyyat kimi təbliğ olunması;

· İnfrastrukturun inkişafı: Velosiped yollarının artırılması üçün yerli hakimiyyət orqanları ilə birgə layihələr təşkili;

· Gənclərin cəlb edilməsi: 10000 gəncə velosiped idmanı ilə tanış olmaq imkanının yaradılması;

· Beynəlxalq əməkdaşlıq: Avropa Velosipedçilər Federasiyası ilə birgə layihələrin həyata keçirilməsi;

· Elektrovelosipedlər: Alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin populyarlaşdırılması.

Tədbir İB-nin idman ictimaiyyətinə geniş təqdimatının və gələcək layihələrin müzakirəsi ilə yekunlaşıb.

velosiped Gənc Peşəkar Velosipedçilər İctimai Birlik
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Bu gün, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Bu gün, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Bu gün, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Bu gün, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Bu gün, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Bu gün, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Bu gün, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Bu gün, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Bu gün, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Bu gün, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Oxşar xəbərlər