Gənc avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcək. Sport24.az xəbər verir ki, 24-26 may tarixlərində Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək. Yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.