top
Fərid Qayıbov: Sentyabr ayı idman və gənclər sahəsində əlamətdar hadisələrlə yadda qaldı Idman.biz
03 oktyabr 2025, 21:21
- ↺ +

Fərid Qayıbov: Sentyabr ayı idman və gənclər sahəsində əlamətdar hadisələrlə yadda qaldı

"Sentyabr ayı həm gənclərin fəallığı, həm də idmançılarımızın ardıcıl uğurları ilə yadda qaldı. Bakıda və regionlarda ay ərzində yaşanan idman həyəcanına əsasən, sentyabrın dolğun keçdiyini demək olar".

İdman.biz bildirir ki, Gənclər və idman naziri Fərid Qayıbov ötən ayın yekunlarını bu cür dəyərləndirib.

"Ayın ən mühüm hadisəsi III MDB Oyunları idi. Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Oyunların açılış mərasimi uğurla baş tutdu. Beləliklə, Azərbaycan ilk dəfə olaraq multi-idman yarışlarını – III MDB Oyunlarını paytaxtda deyil, ölkəmizin müxtəlif 7 şəhərində keçirir. Bu Oyunlarda idmançılarımız ölkəmizi 23 növün hamısında təmsil edirlər. Bu oyunlar üçün üç yeni idman qurğusu inşa edilib.

Dövlətimizin rəhbəri cənab İlham Əliyev ötən il Qafqazda ən böyük İdman Kompleksi olan Gəncə İdman Sarayının, ötən ayın 27-də isə Gəncə Stadionu və Yevlax Olimpiya İdman Kompleksinin açılışlarını etdi.

Oyunlardan bir müddət öncə, hazırlıq işlərinin davamı olaraq, III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirildi. Həmçinin Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi baş tutdu. Oyunlara hazırlıq çərçivəsində müxtəlif növlər üzrə test yarışları da təşkil olundu, təşkilati və texniki detallar sınaqdan keçirildi", - nazir bildirib.

Fərid Qayıbov III MDB Oyunları çərçivəsində, Gəncə şəhərində keçirilmiş "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasını da xüsusi qeyd edib.

"Regionlarda vətəndaş qəbulu çərçivəsində bu dəfə Ağdaş və Göyçay sakinlərini qəbul etdik. Beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə növbəti dəfə görüşdük. Qələbə hər bir gənc üçün motivasiya və gələcək nailiyyətlərin zəminidir. İdman sahəsində görülən işlərin müzakirəsi və gələcək planların müəyyənləşdirilməsi məqsədilə federasiya nümayəndələri ilə 22-ci görüşü keçirdik. Tədbirdə bir sıra hesabatları dinlədik və gündəlikdəki digər məsələləri müzakirə etdik.

Bakı 10-cu dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibi oldu. Sevindirici haldır ki, Formula 1 Azərbaycan Qran-Prisinin müddəti daha dörd il müddətinə uzadıldı və 2030-cu ilədək sürət həvəskarları Formula 1 bolidlərini Bakıda görə biləcəklər.

İlk dəfə olaraq ölkəmizdə Xüsusi Olimpiya Festivalı keçirildi. Əlilliyi olan uşaqların idmana cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyasının təşviq olunması, həmçinin bacarıq və istedadlarının geniş auditoriyaya təqdim edilməsində mühüm rol oynayacaq", - o, əlavə edib.

Nazir xatırladıb ki, iki il öncə Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasını istifadəyə verilib:

"Bu müddət ərzində gənclərin və idmançıların sevimli məkanına çevrilən buz meydançası qısa müddətdə populyarlıq qazanıb, burada fiqurlu konkisürmə və hokkey bölmələri açılıb. Artıq ilk dəfə olaraq beynəlxalq yarış – 38 ölkənin iştirakı ilə yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri keçirdik. Bu yarış üçün ölkəmizə gəlmiş Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim ilə görüşdük və bu idman növünün Azərbaycanda inkişafı barədə fikir mübadiləsi apardıq".

"Sentyabr ayı həm də peşəkar idman arenalarında tarixi qələbələrlə yadda qaldı. Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirərək Portuqaliyada "Benfika" komandasına qarşı oyunda əsl əzmkarlıq nümayiş etdirdi və möhtəşəm qələbə qazandı. İkinci oyunda Bakıda Danimarkanın "Kopenhagen" klubuna inamla qalib gələn komandamız maksimum nəticə ilə turnir cədvəlinin liderlərindən birinə çevrilib. İnanıram ki, "Qarabağ" növbəti oyunlarda da futbol azarkeşlərimizi sevindirməyə davam edəcək", - Fərid Qayıbov vurğulayıb.

Nazir regionlarda idman infrastrukturunun inkişafı məsələsinə də toxunub: "Zaqatala Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərindən sonra fasad, universal və köməkçi zallar, foye və üzgüçülük hovuzu istifadəyə verildi. İmişlidə isə Azərbaycan Cüdo Federasiyasının Cüdo Təlim Mərkəzinin açılışı oldu. Bölgələrdə idmanın inkişafı üçün yaradılan hər bir yeni imkan uşaqlarımızın sağlam böyüməsinə, gənclərin idmana marağının artmasına və peşəkar kadrların yetişməsinə xidmət edir".

F.Qayıbov qeyd edib ki, İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krauszu, Gürcüstanın idman naziri Şalva Qoqoladze, Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva ilə görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib: "Avropa Su İdmanı Federasiyası ilə çoxşaxəli əməkdaşlığı nəzərdə tutan Memorandum imzalandı. Bu saziş üzgüçülüyün inkişafı, idman tibbi və təhsil sahəsində yeni imkanlar açaraq ölkəmizin idman potensialını daha da gücləndirəcək.

"Azərbaycan-Türkiyə gənclərinin mübadilə proqramı" çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə də görüşdük. Qeyd edək ki, bu Gənclər və İdman Nazirliyinin gənclər sahəsində həyata keçirdiyi növbəti beynəlxalq mübadilə proqramıdır".

Nazir Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində autizmli gənclərlə görüşü də xüsusi olaraq vurğulayıb: "Azərbaycanın ilk inklüziv kafesi olan "Kaşalata"da keçirilən bu görüşdə onların istedadı, yaradıcılığı və həyat sevincinə şahid olduq. Bu yaxınlarda isə həmin gənclərə velosipedlər hədiyyə edildi. Təşəbbüsə görə Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Həmçinin Əmircan qəsəbəsində "Canlı işıqfor" kimi tanınan Xalid Musayev və onunla birlikdə könüllü fəaliyyət göstərən uşaqlarla görüşümdə onların məktəblilərin təhlükəsizliyini təmin etmək üçün uzun illər ərzində göstərdikləri fədakar xidmətin şahidi olduq".

"Gənclərin sentyabr ayındakı fəallığı müxtəlif düşərgələrlə də yadda qaldı. Nazirlik tərəfindən ölkənin bir sıra bölgələrində təşkil edilən bu düşərgələr gənclərin bilik, bacarıq və sosial təcrübələrinin inkişafına xidmət etdi. Belə düşərgələr gənclərin həm asudə vaxtını səmərəli keçirməsinə, həm də onların sosial bacarıqlarının və vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verir.

Ay ərzində gənclərimizin beynəlxalq tədbirlərdə iştirakına dəstək olduq. Gənclərimiz ölkəmizi Qazaxıstanın Atırau şəhərində keçirilən "Saraishyq Upgrade 2025" beynəlxalq gənclər forumunda, Tailandın Banqkok şəhərində "Enactus" Dünya Kubokunda, Türkiyənin İstanbul şəhərində "Teknofest 2025" aerokosmik və texnologiya festivalı və "Düşərgə liderlərinin təlim proqramı"nda, ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının "Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (WPAY) qəbul edilməsinin 30 illiyi" mövzusunda yüksək səviyyəli plenar iclasda, Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Kommunikasiya Forumunda, Yaponiyanın Osaka şəhərində "Osaka, Kansai Ekspo 2025" sərgisində, Hindistanın Noida şəhərində dünyanın ən böyük robototexnika çempionatı "TechnoXian World Cup 9.0" və Özbəkistanın Daşkənd şəhərində Azərbaycan - Özbəkistan gənclər mübadilə proqramında təmsil ediblər", - o, bildirib.

Fərid Qayıbobun sözlərinə görə, sentyabr ayı həm gənclər, həm də idmançılar üçün məhsuldar oldu: "Qarşıdakı aylarda da bu uğurların davamlı olacağına inanıram. Şübhəsiz, yeni nailiyyətlər üçün fəaliyyətimiz də davamlı və planlı olmalıdır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Oxşar xəbərlər