Oktyabrın 24-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Ruanda Respublikasının idman üzrə dövlət naziri Rveqp Nqarambe ilə görüşüb.
İdman.Biz xəbər verir ki, Ruanda rəsmisi FIFA U-15 dünya çempionatı və festivalında iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir.
Görüş zamanı idmanın inkişafı sahəsində təcrübə və fikir mübadiləsi aparılıb, Azərbaycanla Ruanda arasında idman sahəsində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.