top
Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ Idman.biz
Bu gün, 10:14
- ↺ +

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

"Mən də elə deyirəm. Əlbəttə, bu barədə danışa bilərik".

Bunu "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Mövsümün bu mərhələsində güclü və zəif komandalar böyük ölçüdə müəyyənləşib. "Turan Tovuz"un iddiası böyük olsa da, komanda bu iddiaya uyğun çıxış etmir. Bunu nə ilə əlaqələndirirsiniz?

– Bunu yalnız bir səbəblə əlaqələndirməzdim. Elə oyunlar olur ki, daha yaxşı təsir bağışlayırıq, elə matçlar da var ki, istədiyimiz təsiri bağışlaya bilmirik. Çalışırıq ki, bu qeyri-sabitliyi aradan qaldıraq və vəziyyəti yaxşılığa doğru dəyişək. Çünki belə nəticələr bizim özümüzə də ziyan vurur. Çempionatın sonuna yaxın itirilən xallar işimizi daha da çətinləşdirə bilər. İnanıram ki, oyunları təhlil edib qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik.

– Ötən mövsüm komandanın kapitanı idiniz, əsas heyətdə müntəzəm oynayır və milli komandaya da dəvət alırdınız. Bu mövsüm isə start heyətində daha az yer alırsınız. Bunun səbəbi nədir?

– Bu barədə mənim nə isə deməyim düzgün olmaz. Mən futbolçuyam və baş məşqçi mənə hansı tapşırığı verirsə, onu yerinə yetirirəm. Onun öz planı var və kimə şans verirsə, həmin futbolçu da oynamalıdır. Burada dayanıb özümün daha yaxşı olduğumu deyə bilmərəm. Baş məşqçinin seçdiyi start heyətə və planına razı olmalıyıq. Bizim işimiz məşq etmək və verilən tapşırıqları yerinə yetirməkdir.

– Amma futbolçu kimi baş məşqçi ilə danışıb niyə az oynadığınızı soruşmağınız da normaldır. Özünüzdə hər hansı problem görmürsünüzsə, bunu müzakirə etmək olmazmı?

– Mən də elə deyirəm. Əlbəttə, bu barədə danışa bilərik. Sadəcə, futbolçu məşqçiyə "mən mütləq oynamalıyam" deyə bilməz. Komanda ilə bağlı qərarlar baş məşqçiyə aiddir. Sabah nəticə olmayanda məsuliyyəti də ilk növbədə ondan tələb edirlər. Buna görə də onun qərarlarına müdaxilə etmək istəmirəm. Söhbət edə, niyə oynamadığımı və nəyə görə şans qazanmadığımı soruşa bilərəm. Amma son qərarı baş məşqçi verir.

– Baş məşqçi ilə bu barədə danışmısınızmı?

– Bu mövzuda konkret söhbətimiz olmayıb. Amma özümə yaxınlaşdığı, danışdığımız vaxtlar olub. Sadəcə, sırf oyun vaxtımla bağlı ətraflı müzakirəmiz olmayıb.

– Az oynamaq sizə necə təsir edir və qış fasiləsində klubunuzu dəyişmək ehtimalını nəzərdən keçirirsinizmi?

– Əlbəttə, futbolçunun çox oynamaması yaxşı hal deyil. Bu gün bəlkə də problem kimi görünməyə bilər, amma gələn il özümə komanda tapa bilməmək ehtimalı da var. Bu barədə düşünmədiyimi desəm, yalan olar. Mən də bunu fikirləşirəm. Bununla belə, hazırda "Turan Tovuz"dayamsa, məşqlərdə özümüzü göstərərək əsas heyətə düşməyə çalışıram.

– Yəni qış fasiləsində komandadan ayrılmaq barədə düşünürsünüz?

– Hazırda bunu fikirləşmək düzgün olmaz. Qış fasiləsinə qədər qarşıda oyunlarımız var. Mövsümün həmin mərhələsinə yaxınlaşanda vəziyyəti daha rahat fikirləşmək olar. İndiki məqamda isə tam olaraq, elə bir şey fikirləşmirəm.

– Söhbət icarəyə getməkdən, yoxsa birdəfəlik klub dəyişməkdən gedə bilər? Bakıda yaşayıb rayonda yerləşən komandada oynamaq da müəyyən çətinliklər yaradırmı?

– Hazırda bu barədə danışmaq düzgün olmaz, çünki qarşıda vacib oyunlarımız var.

– Kurban Berdiyev oyundan sonra mətbuat konfransına xeyli gec gəldi. Sizinlə paltardəyişmə otağında hansı söhbəti apardı?

– Düzdür, baş məşqçi iradlarını bildirdi. Necə deyərlər, isti başla dedi. Amma analiz etdikdən sonra səhvlərimizi bizə daha yaxşı çatdıracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

“Sabah”ın futbolçusu “Qarabağ”ın sabiq legioneri ilə eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Futbol
Bu gün, 09:17

PSJ, Kvaratskhelianın zədəsindən sonra uzunmüddətli müqavilə uzadılmasını planlayır

Futbol
Bu gün, 09:00

Qəbələ və Neftçi'nin sabiq baş məşqçisi Roman Qriqorcuuk Ukraynada 200-ci oyunu oynayan 14-cü məşqçi oldu

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Oxşar xəbərlər