top
Çinli dünya çempionu Bakıda növbəti titulunu qazanıb İdman.biz
04 may 2024, 15:08
- ↺ +

Çinli dünya çempionu Bakıda növbəti titulunu qazanıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə final yarışları keçirilib.

Qızıl medalı Çini təmsil edən Yu Xie qazanıb. Ötən il Bakıda keçirilən mundialda dünya çempionu adını qazanan asiyalı atlet həlledici mərhələdə Almaniyadan olan Robin Valteri üstələyib.

Həmçinin bürünc medal da onun komanda yoldaşına nəsib olub. 3 qat dünya çempionu Boven Zhang bu dəfə "bürünc"lə kifayətlənib.

Eyni növdə qadınların mübarizəsində fransalı Kamille Yedrjeyesvki sürpriz nəticəyə imza atıb. 22 yaşlı atıcı Çin və Koreyadan olan güclü rəqiblərini üstələyərək qızıl medala yiyələnib. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc medalla kifayətlənib.

Medalların təqdim olunması mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qızıl medal qazanaraq göz yaşlarını saxlaya bilməyən Yedrjeyevski bildirib ki, təsnifat mərhələsi kifayət qədər gərgin keçib: "Final mərhələsinin bir gün sonraya təsadüf etməsi yaxşı oldu. Belə olan halda, dincəlmək və həlledici mərhələyə köklənmək üçün vaxt qazandım. Fəxri kürsüyə qalxdığıma görə məşqçimə təşəkkür edirəm. Bəli, "qızıl" qazandığımı biləndən sonra təsirləndim və göz yaşlarımı saxlaya bilmədim. Həmin an özümlə fəxr etdim və hislərə qapıldım. Hər gün qızıl medal qazanmırıq deyə, belə anlar bəzən adamı təsirləndirir.

Fransalı atıcı paytaxtımızın onun üçün düşərli olduğunu deyərək, gördüklərindən məmnunluğunu dilə gətirib: "Bu, Bakıda ilk qızıl medalımdır. 2022-ci ildə burada keçirilən Dünya kubokunda gümüş medal qazanmışdım. Bakı Atıcılıq Mərkəzini ümumilikdə yaxşı tanıyıram. Bəlkə də uğur qazanmağımda bu amilin də rolu var. Çünki hər mənada özümü rahat hiss edirəm. Paytaxtınızla bağlı xoş xatirələrim var. Komandamızla birlikdə şəhəri gəzmək imkanımız oldu. Mərkəzdə dolaşdıq, dəniz kənarında gəzdik. Burada olmaqdan zövq aldığımızı deməliyəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Oxşar xəbərlər