top
Birgə proqramın ilk məzunları İdman.biz
05 iyul 2024, 18:00
- ↺ +

Birgə proqramın ilk məzunları

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MGİMO) və Azərbaycan İdman Akademiyası tərəfindən birgə həyata keçirilən "İdman Menecmenti" magistr ixtisası üzrə təhsil alan ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub.

İdman.biz xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən tədbirdə MGİMO-nun rektoru Anatoliy Torkunov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və hər iki ali təhsil müəssisəsini təmsil edən rəsmilər iştirak ediblər. Proqramın ilk məzunlarına diplomları rektorlar Anatoliy Torkunov və Fuad Hacıyev təqdim edib.

Açılış nitqində MGİMO-nun rektoru Anatoliy Torkunov birgə təhsil proqramının ölkələrimiz arasındakı dostluğun və əməkdaşlığın parlaq nümunəsi olduğunu, MGİMO və Azərbaycan İdman Akademiyasının birlikdə təhsil sahəsində yeni bir səhifə açaraq, əmək bazarı üçün peşəkar mütəxəssislərin yetişdirilməsinə böyük töhfə verdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, proqramın unikal xüsusiyyəti dünya səviyyəli və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına imkan yaratmasındadır. Bu proqram sayəsində məzunlar idman menecmenti sahəsində geniş bilik və təcrübə əldə edirlər.

Təhsil müddətində tələbələr Rusiyanın Moskva və Soçi şəhərlərinə səfər edərək, idman menecmenti və marketinq sahəsində Rusiya Federasiyasının ixtisaslı mütəxəssislərinin təcrübələrini öyrəniblər. Onlar həmçinin böyük idman obyektləri və olimpiyaçıların hazırlıq bazaları ilə də tanış olublar.

İkili diplom proqramının ilk məzunlarından olan tələbə Fərid Xəlilov bu mühüm tədbirdə iştirak edərək məzun olmaqdan böyük şərəf duyduğunu, bu yolda onlara dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Vurğulayıb ki, hər birimiz öz missiyamızı davam etdirəcək və idman sahəsində nailiyyətlərə imza atmağa çalışacağıq.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan İdman Akademiyası ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti arasında bağlanan müqaviləyə əsasən "İdman menecmenti" magistr ixtisası üzrə ikili diplom proqramı təsdiq edilib. Proqram idman menecmenti sahəsində təhsil alan tələbələrə həm Azərbaycan İdman Akademiyasının, həm də MGİMO-nun təcrübə və biliklərini birləşdirərək, beynəlxalq səviyyədə keyfiyyətli təhsil imkanı təmin edir. Müqaviləyə əsasən təhsil səviyyəsinin yüksəldilməsinə yönəlmiş akademik və digər qarşılıqlı əlaqələrin yaradılması və inkişafı nəzərdə tutulub və bu il 7 tələbə məzun adını qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:55

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Oxşar xəbərlər