top
Bəxtiyar Musayev: Oxşar faciə baş verə bilər Apasport.az
17 aprel 2025, 11:29
- ↺ +

Bəxtiyar Musayev: "Oxşar faciə baş verə bilər"

Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib.

- Bu mövsüm Premyer Liqada çempionun adı demək olar ki, bəllidir. Bəs, ölkə kubokunu hansı komanda qazanacaq? "Araz-Naxçıvan" "Qarabağ"ı, "Sabah" isə "Neftçi"ni ilk matçda məğlub etdi. Finalın adı necə olacaq?
- "Sabah" - "Neftçi" matçında üstünlük birincilərdə olsa da, "Neftçi" də bu oyunda qalib gəlmək şansına sahibdir. "Sabah" qalib gəlsə belə, cütün taleyi tam həll olunmayıb. Digər cütdə isə "Araz-Naxçıvan" "Qarabağ"a qalib gəlib. Məncə, o oyunda da "Qarabağ" bir topluq üstünlükdən sonra geridönüş edə bilər. Finaldakı bir komandanın "Qarabağ" olacağını düşünürəm. Digər cütdən hansı komandanın finala çıxacağını indidən ehtimal etmək çox çətindir.

- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Azərbaycanlı futbolçular arasında bundan narahat olanlar az deyil. Klublar daha çox legionerlərə üstünlük verəcək, yoxsa yerlilərə güvənənlər də olacaq?
- İmkanlı klublarda təbii ki, legioner sayı çox olacaq. Çünki orda ödənilməli olan məbləğ də var. Legionerlərin sayı çoxaldıqca, ödəniş də yüksələcək. Yəqin ki, burda imkanlı klublar aktiv olacaq. Ön sıralarda yer alan klublarda yerlilər üçün heyətə düşmək çətinlik yarada bilər. Amma rəqabətdən çəkinməməlidirlər, öz üzərilərində daha çox işləməlidirlər. Belədə, onlar sürətlə inkişaf edə bilərlər. Düşünmürəm ki, aşağı büdcəli komandalar legioner sayına çox üstünlük versinlər. Məncə, bu cür klublarda yerlilərin sayı az olmayacaq. Təbii ki, bu da o futbolçuların performansından asılıdır. Rəqabətə tab gətirsələr, yerlilərin heyətə düşməsi problem yaratmamalıdır.

- Azərbaycan milli komandasının durumu da heç yaxşı görünmür, evdə son matçda Haiti və Belarusa da uduzdular. Azərbaycan millisində hansısa perspektiv görürsüz? Fernandu Santuşla millimiz daha da aşağı pillələrə gedir, hətta D divizionunda mübarizə aparacağıq...
- Təəssüflər olsun ki, millimiz üzümüzü heç cürə güldürə bilmir. Məğlubiyyətlər ard-arda gəlir. Hətta yoldaşlıq görüşlərində uduzuruq, qələbə qazana bilmirik. Milli barədə hər dəfə deyirəm, ən böyük problem baş məşqçidədir. Komandanı heç cürə toparlaya bilmir, oyun sistemi yoxdur, heyəti qurmaqda, oyuna müdaxilələrdə problem var. Belə şeyləri görürük. Təəssüflər olsun. Bəlkə də milli ən pis dövrünü yaşayır.

- Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə qarşılaşacaq. Yəqin ki, bu qrupda iddialı olmağımız mümkün deyil...
- Millinin vəziyyəti heç də ürəkaçan deyil. Görünən budur ki, sonuncu pillədə qərarlaşa bilərik. Nəticələr və oyunumuz bunu deməyə əsas verir. Çox təəssüf ki, bunu deməyə məcburuq. Heç istəməzdim ki, millimiz haqda neqativ nəsə deyim. Görünən kəndə bələdçi lazım deyil. Təəssüf ki, millimiz haqda pozitiv nəsə demək olmur.

- 20 il əvvəl millimiz Fransaya 0:10 hesabı ilə uduzub. Yenidən bu hesabın təkrarlana biləcəyini ehtimal edənlər var. "Oser faciəsi"nin təkrarlanması təhlükəsi barədə nə düşünürsüz?
- Bəli, Fransa ilə eyni qrupdayıq. Fransanın son vaxtlardakı oyunlarını izləmişəm. Güclü heyətə və çox yaxşı oyun tərzinə malikdirlər. Çox cəld düşünürlər, oyunçuları çox sürətlidirlər. Hər an oyunun taleyini həll edə biləcək oyunçulara malikdirlər. Fransa millisinin və yığmamızın indiki durumunu göz önünə gətirəndə, fikirləşirsən ki, "Oser faciəsi" təkrarlana bilər. Təkrarlansa, buna çox da möcüzə demək olmaz. "Oser faciəsi"ni sonradan dəfələrlə izləyəndə görürsən ki, hər oyunçu qol vuranda topu qapıdan götürüb, gətirib mərkəzə qoyurlar. Fransızlar özləri oyunun tez başlamasını istəyir ki, daha çox qol vursunlar. Əgər indiki Fransa millisində də bu cür istək olsa, oyuna ciddi hazırlaşsalar, məncə "Oser faciəsi" təkrarlana bilər. Çox təəsüflə bunu deyirəm. Amma gərək aşkar vəziyyəti deyək. Belə hal başımıza gələ bilər. Allah qorusun. Təki, belə bir şey olmasın. İki komandanı müqayisə edəndə, ortada reallıq bunu deməyə əsas verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Oxşar xəbərlər