top
Bakı-Xankəndi veloyürüşündə Qazaxıstan komandası liderliyi qoruyur - İDMAN.BİZ-in İCMALI Idman.biz
13 may 2026, 15:30
- ↺ +

"Bakı-Xankəndi" veloyürüşündə Qazaxıstan komandası liderliyi qoruyur - İDMAN.BİZ-in İCMALI

Azərbaycanda beynəlxalq "Bakı-Xankəndi" veloyürüşü davam edir.

İdman.Biz xəbər verir ki, dördüncü mərhələdən sonra ümumi təsnifatda liderliyi Qazaxıstanın "XDS Astana" komandasının üzvü Yevgeni Fyodorov qoruyub saxlayıb. Onun ümumi nəticəsi 14 saat 49 dəqiqə 59 saniyədir. İkinci yerdə İtaliyanın "Solution Tech NIPPO Rali" komandasından Aleksandr Balmer qərarlaşıb və liderdən 4 saniyə geri qalır. İlk üçlüyü "XDS Astana" komandasının daha bir üzvü Henok Mulubrhan tamamlayır, onun geriliyi 8 saniyədir.

Xallar üzrə təsnifatda İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti 62 xalla liderdir. Eyni xala malik olan Tailandın "Roojai Insurance Winspace" komandasından Kristian David Pita ikinci yerdədir. Üçüncü pillədə isə Qazaxıstanın "XDS Astana" komandasından Qleb Suritsa qərarlaşıb - 55 xal.

Dağlar üzrə təsnifatda birinci yerdə Belçikanın "Tarteletto-Isorex" komandasından Lennart Teugels 20 xalla liderdir. İkinci yerdə İtaliyanın "Solution Tech NIPPO Rali" komandasından Aleksandr Balmer (10 xal), üçüncü yerdə isə Kolumbiyanın "Team Medellin–EPM" komandasından David Alejandro Qonsales (5 xal) qərarlaşıb.

Gənclər arasında təsnifatda İspaniyanın "Equipo Kern Pharma" komandasından İker Qomes 14 saat 58 dəqiqə 19 saniyə nəticə ilə liderdir. İkinci yerdə Polşanın "Mazowsze Serce Polski" komandasından Fransiszek Matushevski 2 dəqiqə 8 saniyə geridə qalır. Üçüncü yerdə İndoneziyanın "ASC Monsters Indonesia" komandasından Məhəmməd Sielxan 5 dəqiqə 57 saniyə geri qalır.

Komanda təsnifatında Qazaxıstanın "XDS Astana" komandası 44 saat 30 dəqiqə 45 saniyə ilə birinci yerdədir. İkinci pillədə İtaliyanın "Bardiani CSF 7 Saber" komandası 9 saniyə geridə qalır, üçüncü yerdə isə Çinin "Li-Ning Star" komandası da 9 saniyə geri qalır.

Azərbaycanlı velosipedçilər arasında ümumi təsnifatda ən yaxşı nəticəni Musa Mikayılzadə göstərir və 52-ci yerdə qərarlaşıb. O, liderdən 14 dəqiqə 17 saniyə geri qalır. Dördüncü mərhələnin yekunlarına əsasən o, 8 pillə irəliləyib.

Öz növbəsində, Nofəl Nuriyev 117-ci yerdədir və liderdən 36 dəqiqə 11 saniyə geri qalır. Şahin Eyyazov 124-cü yerdədir və 38 dəqiqə 26 saniyə geridədir, Əli Qurbanov isə 125-ci yerdədir və 38 dəqiqə 40 saniyə geri qalır.

Azərbaycan yığması komanda təsnifatında liderdən 1 saat 27 dəqiqə 51 saniyə geri qalaraq 23-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, dördüncü mərhələ Gəncə-Naftalan marşrutu üzrə keçirilib və İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının velosipedçisi Marko Manentinin qələbəsi ilə başa çatıb. Veloyarışın sonuncu, beşinci mərhələsi sabah Tərtər-Xankəndi marşrutu üzrə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Oxşar xəbərlər