Beynəlxalq Su İdman Növləri Federasiyası (World Aquatics) Kanadadan iki turnirin təşkilatçılığını alıb.
Sportify.az xəbər verir ki, 2027-ci ildə suyatullanma üzrə Dünya Kubokunun ilk mərhələsi Meksikada keçiriləcək.
Dördüncü mərhələnin təşkili üçün isə hələlik yeni ölkə müəyyənləşdirilməyib.
World Aquatics-in bu qərarı Kanadanın rusiyalı idmançıların yarışlarda iştirakına icazə verməməsi ilə əlaqədardır.