İtaliya A Seriyasının 13-cü turunda "Udineze" futbol komandası doğma meydanda "Fiorentina"nı qəbul edib.
İdman.Biz xəbər verir ki, "Bluenerji" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun taleyini həll edən yeganə qolu səkkizinci dəqiqədə Nikolo Zaniolonun ötürməsindən sonra Sandi Lovriç vurub.
İlk hissənin sonlarında "Fiorentina"nın qapıçısı David De Xea sağ baldırından zədələnərək meydanı tərk edib. İspaniyalı futbolçunu Oliver Kristensen əvəzləyib.
İkinci hissədə Umar Solenin vurduğu qol VAR müdaxiləsindən sonra oyundankənar vəziyyətə görə ləğv edilib. Qarşılaşmanın əsas vaxtına əlavə olunan dəqiqələrdə isə "Fiorentina"nın futbolçusu Pedro Qonçalvesin zərbəsindən sonra top dirəyə dəyib.
Bununla da "Udineze" cari mövsümdə doğma meydanda ilk qələbəsini qazanaraq xallarının sayını doqquza çatdırıb və 17-ci pilləyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətini alan Florensiya təmsilçisinin də aktivində doqquz xal var.
Qeyd edək ki, "Udineze" növbəti turda dekabrın 6-da səfərdə "Yuventus"la qarşılaşacaq.