İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Xabi Alonso İspaniyanın "Barselona" komandasının yarımmüdafiəçisi Fermin Lopesi heyətində görmək istəyir.
İdman.Biz "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi braziliyalı cinah hücumçusu Estevao Villianı 23 yaşlı ispaniyalı futbolçu ilə dəyişmək variantını nəzərdən keçirir.
"Çelsi" uzun müddətdir Ferminin çıxışını izləyir. Lakin transferin reallaşmasına Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin mövqeyi mane ola bilər. Almaniyalı mütəxəssis yarımmüdafiəçini komandasının əvəzolunmaz futbolçusu hesab edir və onunla yollarını ayırmaq niyyətində deyil.
Estevao isə London təmsilçisində gözlədiyi qədər oyun vaxtı qazanmır.
Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 qarşılaşmada iştirak etsə də, nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Fermin Lopes isə "Barselona"nın heyətində keçirdiyi 17 görüşdə doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib.