top
Azərbaycanı kəşf et: Qaranohur gölünə piyada yürüş təşkil edildi Idman.biz
Bu gün, 18:14
- ↺ +

"Azərbaycanı kəşf et": Qaranohur gölünə piyada yürüş təşkil edildi

Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə noyabrın 29-da Şahdağ Milli Parkının ərazisində yerləşən Qaranohur gölünə piyada yürüş təşkil olunub.

İdman.Biz-ə Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, "Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində keçirilən tədbirin məqsədi ölkə vətəndaşlarını və xarici turistləri Azərbaycanın gözəl təbiət guşələri ilə tanış etməkdir.

İştirakçılar arasında Azərbaycan Alpinizm Federasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, dövlət və özəl sektorun nümayəndələri yer alıblar.

Şahdağ Milli Parkının İsmayıllı bölməsində, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşən Qaranohur gölü sıx meşələrlə əhatə olunub. Gölə aparan marşrut orta çətinlik dərəcəsinə malikdir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Təcrübəli mütəxəssislərin və milli park əməkdaşlarının müşayiəti ilə keçirilən yürüş zamanı iştirakçılara ərazinin bitki və heyvanat aləmi haqqında məlumat verilib.

Azərbaycan Alpinizm Federasiyası gələcəkdə də bu cür yürüşlərin keçirilməsini, yeni marşrutların müəyyənləşdirilməsini planlaşdırır. Əsas məqsəd dağ yürüşlərinə və alpinizmə marağı artırmaq, ekoloji maarifləndirməni gücləndirmək və insanların Azərbaycanın təbiətinin qorunmasında fəal iştirakını təşviq etməkdir.

Qeyd edək ki, təşəbbüs turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan regionlarda turizmin inkişafı məqsədlərinə xidmət edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:25

Müasir futbolda qapıçıların fiziki hazırlığı

Futbol
Bu gün, 18:20

Barselona 1 milyon avro qazanacaq, çünki Palmeiras Libertadores Kubokunu qazanır

Cüdo
Bu gün, 18:02

Romada cüdo üzrə Avropa Açıq Turnirində iki qadın cüdoçumuz finala yüksəlib

Futbol
Bu gün, 18:00

Liverpool Mersisayd derbisində 1:1 nəticəsi

Futbol
Bu gün, 18:00

Şamaxı 2-0 Qəbələni yendi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 17:58

Liverpool və Everton 1:1, Derbydə üstünlük qoruyamamış

Futbol
Bu gün, 17:47

"Sabah"la matçda zədələnən Alexandro Balde Barselonaya kömək edə bilməyəcək

Digər
Bu gün, 17:45

Yohannes Klebo Marit Byorqenin Dünya Kuboku rekorduna şərik çıxdı

Futbol
Bu gün, 17:45

Coşqunə Əliyeva fitnes fotoları ilə izləyiciləri heyran edir

Futbol
Bu gün, 17:42

Yeton Bekiri "Şamaxı"ya məğlubiyyətdən sonra Qəbələdə intizam problemlərini inkar edib

Futbol
Bu gün, 17:34

Udineze 1-0 ilə Fiorentina"yı məğlub edərək 13-cü turda qurtuldu

Futbol
Bu gün, 17:29

"Atletiko" La Liqada bir mövsümdə ardıcıl 6 səfər qələbəsi tarixində ikinci dəfə başardı

Futbol
Bu gün, 17:20

Polşa üçüncü divizionunda azarkeş əlavə vaxtda elektrikli skuterlə meydançaya daxil olub

Qarabağ FK
Bu gün, 17:20

Azər Bağırov: "Hamı bizi üç xallıq komanda hesab edir"

Futbol
Bu gün, 17:19

"Çelsi" Fermini Lopesi almaq üçün Estevaodu "Barselona"ya dəyişmək variantını nəzərdən keçirir

Boks
Bu gün, 17:18

Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib

Futbol
Bu gün, 17:09

Hamı bizə üç xal kimi baxır, biz kiməsə belə baxmırıq

Futbol
Bu gün, 16:56

"Şamaxı" – "Qəbələ" matçından sonra Yeton Bekiri: "Futbolçularla aramda problem yoxdur"

Futbol
Bu gün, 16:49

«Beşiktaş» Nyukaslın yarımmüdafiəçisi Co Villoku yenidən hədəfə alıb

Futbol
Bu gün, 16:47

Qəbələ baş məşqçisi: Futbolçularla heç problemimiz yoxdur

Futbol
Bu gün, 16:34

Superliqa: Çorumun ardıcıl üçüncü məğlubiyyəti, azarkeşlərdən istefa tələbi

Futbol
Bu gün, 16:32

"Qaradağ Лökbatan" 12 qol vuran futbolçu ilə 18:0 qalib gəldi

Digər
Bu gün, 16:30

Xanım iş adamını aldadan klub prezidenti kimə arxalanır?

Oxşar xəbərlər