İngiltərə Premyer Liqasının 12-ci turunda "Everton" və "Liverpul" komandaları arasında keçirilən Mersisayd derbisi 1:1 hesabı ilə başa çatıb.
Sportify.az xəbər verir ki, qarşılaşma Liverpul şəhərindəki "Hill Dickinson" stadionunda baş tutub. Oyunu Maykl Oliver idarə edib.
Matçın 5-ci dəqiqəsində Florian Virtsin ötürməsindən sonra Dominik Soboslai "Liverpul"u hesabda önə çıxarıb. 25-ci dəqiqədə isə Jeremi Frimponq avtoqolla "Everton"un bərabərlik qoluna imza atıb.
İkinci hissədə komandalar fərqlənə bilməyiblər və görüş heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 12 turdan sonra "Liverpul" 22 xalla turnir cədvəlinin dördüncü, "Everton" isə 17 xalla səkkizinci pilləsində qərarlaşıb.