top
Azərbaycanda peşəkar kontinental velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır Idman.biz
21 may 2026, 16:48
- ↺ +

Azərbaycanda peşəkar kontinental velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır

"Hazırda Azərbaycanda peşəkar kontinental velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır".

Bu barədə İdman.Biz-ə Azərbaycan velosiped yığmasının idman direktoru və baş məşqçisi, qazaxıstanlı mütəxəssis Vladimir Buşanski məlumat verib.

Mütəxəssis bildirib ki, hazırda danışıqlar davam edir və yaxın vaxtlarda bütün məsələlərin həll olunması gözlənilir.

"Ən önəmlisi odur ki, layihəyə hər kəs böyük maraq göstərir və gündəmdə olan bütün məsələlərin həlli mümkündür. Əsas məqsəd isə layihənin ən azı bir Olimpiya dövrü üçün nəzərdə tutulmasıdır ki, həm məşqçilər, həm də idmançılar hazırlıq prosesini düzgün planlaşdıra və qarşılarına konkret hədəflər qoya bilsinlər", - deyə Buşanski bildirib.

O qeyd edib ki, kontinental komanda yaradılacağı təqdirdə heyətə əcnəbi velosipedçilərin də cəlb olunması planlaşdırılır.

"Şübhəsiz ki, komandanın əsasını azərbaycanlı velosipedçilər təşkil edəcək. Bununla yanaşı, müəyyən sahələr üzrə xarici idmançılar da cəlb oluna bilər. Məsələn, dağ mərhələləri üzrə mütəxəssis və ya sprint üzrə ekspert komandanı gücləndirə bilər. Ümumilikdə belə bir komandanın yaradılması azərbaycanlı gənc velosipedçilərin inkişafı üçün müsbət addım olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, əvvəllər Azərbaycanda beynəlxalq arenada uğurlu nəticələr göstərən "Baku Synergy Cycling Project" adlı kontinental velosiped komandası fəaliyyət göstərib.

Xatırladaq ki, "Bakı-Xankəndi" veloyürüşündə Azərbaycanı Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov və Maksim Trendelev təmsil ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Futbol
Bu gün, 12:40

Sabah müdafiəçisi Timoteuş Puxaç Barselona qolkiperi Voysex Şesnı ilə görüşdü

Futbol
Bu gün, 12:29

"L'Équipe" Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: "Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm"

Futbol
Bu gün, 12:20

Yorunun

Voleybol
Bu gün, 12:14

«Turan» Çempionlar Liqasındakı ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək

Futbol
Bu gün, 12:09

"Beşiktaş" "Hapoel"lə matça cəzalı Ümit Akdağsız çıxacaq

Futbol
Bu gün, 12:06

Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı

Tennis
Bu gün, 12:02

Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən imtina etdiyinə görə 4 il cəzalana bilər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Qarabağ FK
Bu gün, 11:40

“Qarabağ”ın bazar dəyəri son beş ildə kəskin düşməyib, yalnız 25,83 milyon avro göstəricisi kifayət deyil

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Qarabağ FK
Bu gün, 11:18

Qarabağın yamaykası Renaldo Sefas klubdan ayrılmaq istəyi ilə gözlənilməz ayrılıq riski daşıyır

Oxşar xəbərlər