top
Azərbaycan Regionlarında Həftəlik İdman Tədbirləri Açıqlanıb Idman.biz
06 oktyabr 2025, 14:03
- ↺ +

Azərbaycan Regionlarında Həftəlik İdman Tədbirləri Açıqlanıb

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 6-12-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində tennis üzrə məşqçi-müəllim Orman Məmmədov tərəfindən ustad dərsləri – 7 oktyabr, saat 16:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika üzrə Xızı rayon birinciliyi – 10 oktyabr, saat 11:00 (Xızı rayonu);

- Sülhlə birlikdə yaşamaq gününə həsr olunmuş üzgüçülük üzrə 2018-2019-cu il təvəllüdlü oğlan və qızlar arasında Abşeron rayon birinciliyi - 12 oktyabr, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 9 oktyabr, saat 14:30 (Qobustan rayon, Uşaq-Gənclər İdman Məktəbi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində pankration üzrə Azərbaycan çempionu Anar Məmmədovun rəhbərliyi ilə ustad dərsi - 10 oktyabr, saat 16:00 (Şamaxı İdman Klubu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 11 oktyabr, saat 9:00 (Qobustan rayonu, Şəhid Fədail Nadirov adına istirahət parkı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 11 oktyabr, saat 9:00 (Şamaxı rayonu, Mirikənd kəndi);

- "İdman hamı üçün layihəsi" çərçivəsində səhər idmanı - 12 oktyabr, saat 9:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- III MDB Oyunları – 28 sentyabr - 8 oktyabr (Gəncə).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- 2010-2013, 2014-2016, 2017-2019-cu il təvəllüdlü oğlan və qızlar arasında akrobatika gimnastikası üzrə rayon turniri – 8-9 oktyabr, saat 11:00 (Bərdə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey);

- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş minifutbol üzrə rayon turniri - 12 oktyabr, saat 10:00 (Ağdam rayon, Quzanlı qəsəbəsi minifutbol meydançası).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş voleybol üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında rayon turniri - 9-10 oktyabr, saat 11:00 (Gədəbəy rayonu Slavyanka kənd Xitab İsmayılov adına 2 nömrəli tam orta məktəb);

- Şəhidlərimizin xatirəsinə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında ağırlıqqaldırma üzrə açıq rayon birinciliyi - 10-11 oktyabr, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);

- Yeniyetmə və gənclər arasında ciu-citsu üzrə Şəmkir rayon turniri - 11 oktyabr, saat 9:00 (Şəmkir şəhər Ciu-citsu idman zalı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon turniri - 12 oktyabr, saat 11:00 (Ağstafa Cüdo Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" lahiyəsi çərçivəsində сüdo üzrə kütləvi tədbir - 9 oktyabr, saat 15:30 (Qusar Olimpiya İdman Kompleksi);

- Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş sərbəst güləş üzrə Şabran rayon birinciliyi - 10-11 oktyabr, saat 14:00 (Şabran UGİM).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 7 oktyabr, saat 7:30 (Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkı);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdləri arasında güllə atıcılığı üzrə Yardımlı rayon turniri - 7 oktyabr, saat 11:30 (Yardımlı rayon Köryədi kənd tam orta məktəbi);

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 9 oktyabr, saat 7:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 9 oktyabr, saat 7:30 (Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkı);

- Beynəlxalq Qızlar Günü münasibətilə "Sağlam qızlar" devizi altında yeniyetmə qızlar arasında voleybol turniri - 9-10 oktyabr, saat 10:00 (Lerik şəhəri Arif Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey);

- Beynəlxalq Qızlar Günü münasibətilə "Sağlam qızlar, sağlam gələcək" adlı qızlar arasında voleybol üzrə Lənkəran rayon turniri – 10 oktyabr, saat 9:30 (Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında həndbol üzrə Astara rayon turniri - 10 oktyabr, saat 10:00 (Astara Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 11 oktyabr, saat 17:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);

- İdman ustası Xıdır Hüseynovun xatirəsinə həsr olunmuş U-15 yaşlı idmançılar arasında sərbəst güləş üzrə Masallı rayon açıq turniri - 11-12 oktyabr, saat 10:00 (Masallı Olimpiya Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş veloyürüş - 8 oktyabr, saat 15:00 (Yevlax rayonu Dədə Qorqud parkı).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 20 sentyabr - 25 oktyabr, saat 19:00 (Zaqatala rayon şimşək stadionu);

- "Qəbələ İdman Paytaxtı - 2025" layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 10 oktyabr, saat 10:00 (Qəbələ şəhər 5 saylı tam orta məktəb);

- Atletika üzrə məktəblilər arasında rayon turniri - 10 oktyabr, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- Uşaqlar arasında şən startlar əyləncəli idman oyunları - 8 oktyabr, saat 11:30 (Hacıqabul şəhər "Gündüz" körpələr evi-uşaq baxçası);

- Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş veloyürüş - 6 oktyabr, saat 10:00 (Biləsuvar rayon Aranlı kəndinin girişindən Bağbanlar kənd tam orta məktəbin qarşısınadək);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr edilmiş ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi - 8 oktyabr, saat 10:00 (Salyan şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalı).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Oxşar xəbərlər