top
Avropa çempionatlarının yarımfinal rekordları - ARAŞDIRMA İdman.biz
09 iyul 2024, 09:08
- ↺ +

Avropa çempionatlarının yarımfinal rekordları - ARAŞDIRMA

17-ci dəfə keçirilən Avropa çempionatlarında 16-cı dəfə yarımfinal qarşılaşmaları baş tutacaq. 11-ci dəfə yarımfinalçılar bu hüququ final mərhələsindəki çıxışları ilə əldə ediblər.

İdman.biz Avropa çempionatlarının tarixinə nəzər salaraq, bu mərhələnin rekordçularını üzə çıxarıb.

İlk 5 çempionatda final mərhələsi birbaşa yarımfinaldan başlayıb. 1980-ci ildə isə yarımfinal oyunları olmayıb. Qrup qalibləri birbaşa finala adlayıblar.

İndiyədək ən çox yarımfinalda oynayan komanda Almaniyadır. 14-cü dəfə qitə yarışının final mərhələsində çıxış edən Bundestim 8 dəfə yarımfinalda oynayıb. Son dəfə 2016-cı ildə bu mərhələdə oynamış rekordçu, artıq ardıcıl 3 çempionatdır ki ilk "4-lüy"ə daxil ola bilmir.

Fransa, İspaniya və Niderland yığmaları 6-cı dəfə yarımfinalda oynayacaqlar. İtaliya və Portuqaliya da onlar kimi indiyədək 5 dəfə bu mərhələdə oynasalar da, bu dəfə iddiadan erkən əl çəkərək 6-cı cəhdi növbəti çempionata saxlayıblar. İngilislər Almaniyada 4-cü yarımfinallarını yaşayacaqlar.

5 dəfə yarımfinalda oynamış SSRİ yığması isə artıq 30 ildən çoxdur ki, ölkə dağıldığından bu statistikanı artırmaq imkanını itirib. Bununla belə Sovet yığması qitə çempionatlarının bir sıra unikal rekordlarına sahibdir. 5 yarımfinalda 1 qol belə buraxmayan komanda ilk 4 Avropa çempionatında ardıcıl olaraq (1960-1972) bütün yarımfinallarında qapısını toxunulmaz saxlayıb.

Başqa heç bir yığma ardıcıl 4 dəfə yarımfinala çıxmayıb. Ardıcıl 3 yarımfinalı Almaniya 2 dəfə (1988-1996, 2008-2016) yaşayıb.

Yarımfinaldan finala ən çox adlayan komanda Almaniyadır – 5 dəfə. Ancaq 90 dəqiqəyə bu məsələni ən çox həll edən komanda SSRİ-dir. Sovet yığması 4 dəfə işini 90 dəqiqəyə həll edib və yeganə məğlubiyyəti də 1968-ci ildə 0:0 başa vurduğu oyunda püşk vasitəsi ilə alıb.

Almanlar 5 yarımfinal qələbəsinin 3-nü əsas, 1-ni əlavə vaxtda, 1-ni penaltilərdə əldə ediblər. İspaniya 4 qələbədən 1-ni əsas, 1-ni əlavə vaxtda 2-ni penaltilərdə, İtaliya 1-ni əsas vaxtda, 2-ni penaltilərdə, 1-ni püşkdə əldə edib.

Yarımfinalda ən böyük penalti təcrübəsi ispanlardadır. Pireneylilər 3 seriyadan 2-də qalib gəliblər. İtaliya hər iki cəhdində uğurlu olub, Niderland isə hər iki "lotereya" şansını qaçırıb.

İtaliya 5 yarımfinalının ilk 3-dən 2-sində finala adlamasına baxmayaraq, bu matçlarda qol vura bilməyib. Bu oyunlarda onların köməyinə 1 dəfə püşk, 1 dəfə penaltilər çatıb. İtalyanların yarımfinalda ilk qolunu 4-cü cəhddə (2012) Mario Balotelli vurub.

Finalın bir addımlığında yolu ən çox kəsilən komanda Niderlanddır. Bu mərhələdə 5 cəhdindən 4-də yolunu dayandıran "narıncılar" onun 1-də 90 dəqiqədə təslim olub, 1-də əlavə vaxtda, 2-də 11-metrliklərdə. 90 dəqiqəyə ən çox uduzan almanlardır – 3 dəfə.

Ümumiyyətlə, indiyədək yarımfinallarda 19 komanda oynayıb.
Bu mərhələdə qol sayında Almaniya 15 topla liderdir. Ən çox top buraxan da Bundestimdir – 14. Bu komanda iştirak etdiyi 8 yarımfinalın hamısında qapısında qol görüb.

Böyükhesablı qələbəni yalnız SSRİ Çexoslovakiya (1960) və Danimarka (1964) üzərində qazanıb. Hər iki oyun 3:0 hesabı ilə nəticələnib.

Ən çox qol ilk çempionatda Yuqoslaviyanın Fransanı 5:4 hesabı ilə yendiyi oyunda vurulub.

Yarımfinalların bombardiri sovet futbolçusu Valentin İvanov və alman Diter Müllerdir. İvanov bunu iki çempionatda edibsə (1960 – 2 qol, 1964 – 1 qol), Müller bir oyunda edib. 1976-cı il yarımfinalında yuqoslavlara qarşı oyunda 80-ci dəqiqədə meydana çıxan alman futbolçu het-trikini 1 dəqiqə sonra 1 qol, əlavə vaxtda isə 2 qol vurmaqla edib.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Oxşar xəbərlər