top
Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA Idman.biz
Bu gün, 13:32
- ↺ +

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

"Neftçi" futbol klubunun baş məşqçisi Yuri Vernidubun müdafiəçi Mustafa Seklə yolları ayırmaq istədiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib. Beləliklə, futbolçunun komandadan göndəriləcəyi ilə bağlı iddialar klub tərəfindən təkzib olunub.

Bununla belə, 30 yaşlı futbolçunun "Neftçi"dəki oyun praktikası ilə bağlı vəziyyət diqqət çəkir. Seneqallı müdafiəçi 2024-cü ilin avqustunda Portuqaliyanın "Portimonense" klubundan Bakı təmsilçisinə keçib. Tərəflər arasında üçillik müqavilə imzalanıb və onun sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Sek 2024/2025 mövsümündə Misli Premyer Liqasında 27, 2025/2026 mövsümündə isə 30 qarşılaşmada meydana çıxıb. Lakin cari mövsümdə onun oyun vaxtı xeyli azalıb. Müdafiəçi çempionatda indiyədək cəmi iki matçda iştirak edib və ümumilikdə 20 dəqiqə meydanda olub. O, avqustun 16-da "Sumqayıt"la görüşdə 4, oktyabrın 17-də "Qarabağ"la qarşılaşmada isə 16 dəqiqə oynayıb.

Sekin adı bundan əvvəl də mümkün transferlə əlaqələndirilib. Oktyabrın 28-də yayılan məlumatlarda Portuqaliyanın "Farense" klubunun futbolçu ilə maraqlandığı bildirilib. Həmin xəbərlərə görə, Portuqaliya təmsilçisi onu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Ancaq bu məsələ ilə bağlı rəsmi razılaşma və ya transfer qərarı açıqlanmayıb.

Karyerası ərzində "Latsio", "Roma", "Karpi", "Empoli", "Novara", "Almere Siti", "Livorno", "Leyşoeş" və "Portimonense" klublarında çıxış edən Sek "Neftçi"də 24 nömrəli formanı geyinir.

Qeyd edək ki, Yuri Vernidub 2026-cı ilin yayında "Neftçi" ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Oxşar xəbərlər