top
Amerikalıların Paris-2024 proqnozu: Azərbaycan neçə medal qazanacaq? İdman.biz
23 iyul 2024, 10:58
- ↺ +

Amerikalıların Paris-2024 proqnozu: Azərbaycan neçə medal qazanacaq?

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə cəmi üç gün qalıb.

İdman.biz xəbər verir ki, start ərəfəsində ABŞ-ın məşhur "Sports Illustrated" nəşri bütün medal dəstlərinin sahibləri ilə bağlı proqnozlarını açıqlayıb.

İlk olimpiyaçılarını Fransaya göndərən Azərbaycan millisinin əldə edəcəyi mükafatların mümkün sahibləri də bəlli olub. Amerikalıların proqnozuna görə, ölkəmiz iki qızıl medal qazanacaq.

"Sports Illustrated" nəşri hər iki çempionluğun yunan-Roma güləşində əldə olunacağı qənaətindədir. Jurnal Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanovu (77 kq) qızıl medala layiq görüb.

Sərbəst güləş üzrə komandamızdan iki mükafat gözlənilir. Maqomedxan Maqomedov (97 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünclə kifayətlənəcək.

"Sports Illustrated" cüdoçularımızın qızıl qazanacağını düşünmür. Amerikalılar Zelim Kotsoyevin (100 kq) gümüş, Hidayət Heydərovun (73 kq) bürünc medal əldə edəcəklərinə inanırlar.

Lakin bu proqnozu tam ciddi qəbul etmək olmaz. Hidayətin çəkisində İsveçrədən olan Nils Stamp, Zelimin kateqoriyasında çexiyalı Lukaş Krpaleki çempion görən nəşr kobud səhvə yol verib. İkiqat olimpiya çempionu olan çexiyalı ağır çəkidə mübarizə aparır.

Amerikalılar boksda bir bürünc medal qazanacağımızı iddia edir. Bu uğura millimizin bayraqdarı Məhəmməd Abdullayevin (+92 kq) imza atacağını gözləyirlər.

Bir sözlə, "Sports Illustrated"in proqnozuna görə yığmamız Parisdən ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünclə dönəcək.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Oxşar xəbərlər