top
Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı Idman.biz
Bu gün, 10:22
- ↺ +

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Azərbaycan futbol millisinin heyətinə dəvət alan Murad Məmmədovun uşaqlıq illərində yığmanın hücumçusu Mahir Emreliyə göndərdiyi mesaj sosial şəbəkələrdə maraq doğurub.

İdman.Biz xəbər verir ki, hazırda Kiprin "Pafos" futbol komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi 2019-cu ildə, 13 yaşında olarkən Emreliyə müraciət edib.

Həmin vaxt Emrelinin qol vurduqdan sonra anasına ünvanladığı ürək jestindən təsirlənən Murad gələcəkdə özü də eyni sevinci yaşamaq istədiyini bildirib.

O, mesajında yazıb:

"Salam, Emreli. Sən də qol vurub ürək göstərdin anana. Mən də qol vurub anama ürək göstərəcəm, inşallah. Az qalıb, gəlirəm milliyə".

Aradan yeddi il keçdikdən sonra gənc futbolçunun arzusuna çatmaq imkanı yaranıb. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Murad Məmmədovu noyabr oyunları üçün açıqladığı 27 nəfərlik heyətə daxil edib. Maraqlıdır ki, həmin siyahıda vaxtilə örnək götürdüyü Mahir Emreli də yer alıb.

Qeyd edək ki, 2006-cı il aprelin 26-da anadan olan Murad Məmmədov futbolçu kimi "Neftçi"nin akademiyasında yetişib. O, müxtəlif yaş qruplarında çıxış etdikdən sonra 2024/2025 mövsümündə əsas komandaya yüksəlib.

Gənc futbolçu paytaxt təmsilçisinin əsas heyətində 39 oyun keçirərək dörd qol vurub və dörd məhsuldar ötürmə verib.

2026-cı ilin yayında Kiprin "Pafos" komandasına transfer olunan Məmmədov yeni klubu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.

Murad avrokuboklarda da fərqlənməyi bacarıb. O, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandasına qarşı keçirilən cavab görüşünün 84-cü dəqiqəsində qol vurub. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Maraqlıdır ki, Murad Məmmədov daha əvvəl atasına verdiyi başqa bir söz barədə də danışıb. "Pafos"a transferindən sonra futbolçu bildirib ki, bir gün Avropada çıxış edəcəyinə inanıb.

"Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm", - deyə futbolçu açıqlamasında bildirib.

Azərbaycanın U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edən Məmmədov indi əsas milli komandada debüt etmək şansı qazanıb. O, U-21 millisində 11 qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqasında səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoxlama görüşündə Andorra ilə qarşılaşacaq. Lixtenşteynlə oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Oxşar xəbərlər