"Fiorentina" mövsümün sonunda David de Xea ilə yollarını ayırmağı planlaşdırır. Sport24.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, ispan qapıçının çıxışı klub rəhbərliyində getdikcə daha çox narahatlıq doğurur.
"Yuventus"la 2:2 hesablı heç-heçədən sonra "Fiorentina"nın baş məşqçisi Paolo Vanoli De Xeanın komandanın kapitanı olduğunu və heç bir problem yaratmadığını bildirib. Lakin klub rəhbərliyi qapıçının yol verdiyi səhvlərdən və müqaviləsinin maliyyə şərtlərindən narazıdır.
"Yuventus"la matçda kobud səhvllərlə yadda qalan De Xea "Sassuolo", "Komo", "Cenoa", "Frozinone" və "Roma" ilə oyunlarda da inamsız təsir bağışlayıb.
36 yaşlı De Xea vergiləri çıxmaq şərti ilə ildə 3,5 milyon avro xalis maaş alır. Klubun idman direktoru Fabio Paratiçi hazırda "transfer bazarı"nda yeni namizədlər axtarmağa başlayıb.
İspan qapıçını əvəz edə biləcək əsas namizədlərdən biri, "Fiorentina" ilə müqaviləsi olan, lakin hazırda icarə əsasında B Seriyası təmsilçisi "Avellino"da çıxış edən Tommazo Martinellidir. Klub həmçinin beynəlxalq bazarı da izləyir. Nəzərdən keçirilənlər arasında "River Pleyt"in qapıçısı Santyaqo Beltran da var.
Qeyd edək ki, De Xea bu mövsüm 13 oyunda meydana çıxıb, 26 qol buraxıb. O, yalnız bir matçda qapısını toxunulmaz saxlaya bilib.