Valeryen İsmael "Havr"ın yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsmaelin təyinatı yaxın günlərdə reallaşacaq. O, bu yaxınlarda vəzifəsindən azad edilən Didye Diqarı əvəz edəcək.
"Havr" 10 turdan sonra Liqa 1-də qələbə üzünə həsrət qalan yeganə komandadır. Aktivində cəmi 2 xalı olan klub turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Didye Diqar "Havr"ın "sükanı arxasına" 2024-cü ilin yayında keçmişdi. Komanda onun rəhbərliyi altında 79 rəsmi oyuna çıxıb. Bu görüşlərdə 17 qələbə, 20 heç-heçə və 42 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, İsmaelin son iş yeri "Blekbörn" olub. Fransalı mütəxəssis karyerası ərzində həmçinin "Uotford", "Beşiktaş", "Vest Bromviç", "Barnsli", LASK, "Apollon", "Volfsburq" və "Nürnberq" klublarına da rəhbərlik edib.