İtaliya millisinin baş məşqçisi Roberto Mançini Fransa yığmasının hücumçusu Kilian Mbappenin zədə səbəbindən qarşıdakı görüşü buraxmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun tam bərpa olunmasının vacibliyini vurğulayıb:
"Mbappeyə risk etməməyi məsləhət görərdim. Çünki qarşıda onu Çempionlar Liqası gözləyir və yaxşı bərpa olunmalıdır. Amma Fransanın o qədər güclü hücumçusu var ki, onun yoxluğu elə də ciddi əhəmiyyət daşımır".
Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda keçiriləcək İtaliya - Fransa qarşılaşması bu gün Milandakı "San Siro" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.