top
AMADA Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunları zamanı innovativ yanaşmalar tətbiq edir İdman.biz
23 iyul 2024, 14:59
- ↺ +

AMADA Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunları zamanı innovativ yanaşmalar tətbiq edir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunları zamanı idmançılarımızın hüquqlarını qorumaq və məlumatlılığı əlçatan etmək üçün artıq innovativ yanaşmalar tətbiq edir.

Qurumdan İdman.bizə verilən məlumata görə, AMADA Parisdə yarışacaq idmançılar və onların köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb.

Olimpiya və Paralimpiya komandalarımızın üzvləri Agentliyin "Telegram" kanalı vasitəsilə dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı, Terapevtik İstifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Həmçinin yeni fəaliyyətə başlayan paris2024.amada.az saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

İdmançılar və idmançı köməkçi heyəti AMADA-nın +99450-218-82-06 nömrəsi vasitəsilə əlaqə saxlayaraq, habelə "Whatsapp" üzərindən dopinq nəzarəti ilə bağlı bütün suallarına operativ və dolğun şəkildə cavab tapa biləcəklər.

Həmçinin AMADA tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün Olimpiadanın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. Qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir. Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər.

Həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Oxşar xəbərlər