Belçikanın "Aerobag" şirkəti velosipedçilər üçün yeni təhlükəsizlik yastığı sistemi hazırlayıb.
İdman.Biz xəbər verir ki, təhlükəsizlik yastığı yıxılma zamanı sistem boyun, onurğa, sinə və bud nahiyəsini qorumaq üçün nəzərdə tutulub.
Qeyd olunur ki, şişirdilən bölmələr jilet və şortdan ibarət komplektə inteqrasiya olunub və cəmi 100 millisaniyə ərzində açılır.
Məhsulun satışına bu il başlanması planlaşdırılır, komplektin qiyməti 700 avro(təxminən 1 300 manat), kartuşların(dəyişdirilə bilən hissə) isə hər biri 35 avro(70 manat) olacaq.