top
24 ildən sonra Avropada - TƏQDİMAT İdman.biz
22 may 2024, 16:36
- ↺ +

24 ildən sonra Avropada - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 23 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə C qrupunun komandalarını nəzərdən keçiririk. İngiltərə millisinin favorit, Danimarkanın iddialı olduğu qrupda Sloveniyanı da hesabdan silmək düzgün deyil.

Sonda qazanılan vəsiqə
Balkanlılar seçmə mərhələni heç də asanlıqla keçməyib. Sloveniya millisi Danimarka, Finlandiya və Qazaxıstanla son turadək mübarizə aparıb. Matyaj kekin yetirmələri arzusuna evdə keçirdiyi son matçda çatıb. Finlandiyada uduzan, danimarkalılardan cəmi 1 xal alan Yan Oblak və komandası Qazaxıstanla həlledici görüşdə qalib gəlib. Son turdakı qələbə birbaşa vəsiqə verən 2-ci yer üçün kifayət edib.

24 illik həsrətə son
Sloveniya tarixində ikinci dəfə Avropa çempionatında oynayacaq. İlk belə uğur hələ ötən minillikdə olub. AVRO-2000-də Zlatko Zahoviçli yığma qrupda 2 heç-heçə etsə də, bu raundu adlaya bilməyib. 24 ildən sonra qitənin ən güclüləri sırasında olacaq Sloveniya dünya çempionatlarında da iştirak edib. 2002-ci və 2010-cu illərdəki cəhdlər uğursuz alınıb. Komanda hər iki mundialda qrupdan çıxa bilməyib. Millətlər Liqasının ilk iki mövsümünü C divizionunda keçirən Sloveniya "B"yə yüksəldikdən sonra mövqeyini çətinliklə qoruyub.

Oblak və yoldaşları
Sloveniya millisinin əsas ulduzu Yan Oblakdır. Dəfələrlə La Liqanın ən yaxşı qapıçısı seçilən qolkiper yığmanın əsas xilaskarıdır. Lakin bunun final mərhələsində nə qədər işə yarayacağı Almaniyada bəlli olacaq. İngiltərənin aşkar favorit olduğu qrupda əsas mübarizə ikincilik üçün gedəcək. Matyaj Kekin komandası ilk matçını seçmə mərhələdən yaxşı tanıdığı Danimarkaya qarşı keçirəcək. Ardınca sabiq Yuqoslaviyadan bələd olduqları Serbiya ilə duel həlledici ola bilər. İngiltərə ilə matçadək 1/8 final xəyalını gerçəkləşdirmək vacibdir. Çünki futbolun yaradıcıları ilə qarşılaşmaya ümid etmək yanlış olar

Sloveniya millisinin qrupdakı oyunları:
16 iyun. Sloveniya - Danimarka
20 iyun. Sloveniya - Serbiya
25 iyun. İngiltərə - Sloveniya

Qeyd edək ki, C qrupunun görüşləri 5 fərqli şəhərdə - Münhen, Köln, Frankfurt, Helzenkirhen və Ştutqartda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Oxşar xəbərlər