top
110 günə Bakıya gələn ultramarafonçu: “Xəzəri görmək arzusunda idim” İdman.biz
23 may 2024, 11:35
- ↺ +

110 günə Bakıya gələn ultramarafonçu: “Xəzəri görmək arzusunda idim”

Mərakeşli ultramarafonçu Karim Mosta velosipedlə ölkəmizə gəlib.

İdman.biz xəbər verir ki, o, yerli velosipedçilərlə birlikdə Bakıda Velotrekdə yürüş edib.

Daha sonra Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşla bərabər ultramarafonçunun iştirakı ilə mətbuat konfransı keçirilib.

Səfir Gənclər və İdman Nazirliyinə, Azərbaycan Velosiped İdmanı Federasiyasına minnətdarlığını bildirib: "Velosipedçimizə də təşəkkür edirik ki, o, uzun bir yolçuluğa Azərbaycanı da daxil edib. Mosta Kasablankadan Pekinədək veloyürüş edəcək. O, ilk dəfə bunu etmir. Tanınmış marafonçudur və şəxsi saytı da var. Keçdiyi günlərin hər birini orada qeyd edir. Karimin keçdiyi yollar haqqında danışmağa başlasam, sabaha kimi burda olacağıq. Onun indi fəth etmək istədiyi yol 14 min kilometrdən artıqdır. Bu sadəcə sözdə asan görünə bilər. Hazırda biz yalnız Karim haqda danışmırıq. Bu həm də iki ölkə arasında olan dostluğu nümayiş etdirir. Gənclərə örnək və insanlar arasında mehribanlığın təcəssümüdür. Karimin bura gəlməyi adi deyil. Bu, Azərbaycanın velosiped ölkəsi kimi tanınmasının nümunəsidir. Sizin velosipedçilər Mərakeşdə gələrək orda da iştirak ediblər".

Mosta isə gözəl qarşılanmaya görə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkəsinin səfirinin də bura gəlməsi onun üçün böyük şərəfdir: "Gənclərlə velosiped sürmək çox xoş oldu. 9 əsr bundan öncə İbin Batuthanın keçdiyi yolu fəth etməyə qərar verdim. İkinci növbədə isə mən bunu ona görə etdim ki, digər ölkələrə gedib fərqli insanlarla tanış olum. Kasablankadan bura 7510 kilometri 110 gün ərzində gəlmişəm. Hər olduğum ölkədə gözəl qarşılanmışam. Yolum uzandıqca insanlar daha çox təəccüblənirlər. Sərhədi Azərbaycana keçdiyim gündən indiyənə kimi yalnız və yalnız gözəl insanlarla rastlaşıram. Qarşılaşdığım hamı mənə kömək etmək üçün əlindən gələni edir. Polis əməkdaşları yol göstərirlər, çay belə təklif edirlər. İsmayıllıda bir gün dincəlmək üçün qaldım. İcra Hakimiyyəti tərəfindən çox gözəl qarşılandım və velosiped zavodunda da oldum. Təbiəti çox gözəldir. Dünən 125 metr məsafə qət etdim və bir az o yol mənə ağır gəldi. 2019-cu ildə Kasablanka Məkkə yolunu qət etmişəm. Bu da Batuthanın ilk yolu idi. Xəzər dənizini görmək arzusunda idim, buna nail oldum. Burdan isə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Çinə gedəcəm ki, yolumu bitirim".

Yekunda mərakeşli velosipedçinin keçdiyi yollarla bağlı video-çarx nümayiş etdirilib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Dünən, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Oxşar xəbərlər