top
Zelim Kotsoyev: Tbilisidə hakimlərlə də mübarizə apardıq, ədalətsiz qərarlar verildi Idman.biz
22 aprel 2026, 13:11
- ↺ +

Zelim Kotsoyev: Tbilisidə hakimlərlə də mübarizə apardıq, ədalətsiz qərarlar verildi

Son Avropa çempionatında Azərbaycan cüdoçuları Tbilisidə üç medal qazansalar da, komandamız üçün nəticə qızıl medalsız qalması səbəbindən məyusedici olub.

İdman.Biz xəbər verir ki, buna baxmayaraq, idmançılara ciddi irad tutmaq çətindir – əsas problem hakimliklə bağlı olub və Tbilisidə keçirilən yarışda Azərbaycan nümayəndələrinə qarşı ədalətsiz qərarların verildiyi bildirilir. Nəticədə komandamız yalnız Hidayət Heydərov (73 kq) tərəfindən qazanılan gümüş və Əhməd Yusifov (60 kq) ilə Turan Bayramov (66 kq) tərəfindən əldə olunan bürünc medallarla kifayətlənib.

Ən çox zərər görən isə digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) olub. O, yarımfinalda təkcə ədalətsiz qərarla uduzmayıb, həm də diskvalifikasiya olunaraq bürünc medal uğrunda mübarizə aparmaq şansını itirib.

İdman.Biz Zelim Kotsoyevin müsahibəsini təqdim edir:

- Avropa çempionatından sonra özünüzü necə hiss edirsiniz?

- Belə deyək: çətindir. Çox məyusam, çünki Tbilisiyə bunun üçün getməmişdim. Hələ də bunu qəbul etmək çətindir, amma başqa seçim də yoxdur.

- Yarımfinal görüşündə diskvalifikasiya olunduğunuz epizod barədə danışa bilərsinizmi? Nə baş verdi?

- Mənim fikrimcə, heç bir qadağan olunmuş hərəkət etməmişəm. Bu cür fəndlər qaydalarda qadağan deyil və demək olar ki, hər turnirdə istifadə olunur. Mən nə qolu sındırmışam, nə də qəsdən ağrılı fənd tətbiq etmişəm. Əgər bunu etsəydim belə, bu qaydalar çərçivəsində olardı.

Turnirin ilk görüşündən etibarən mənə davamlı cərimələr verirdilər. Bəziləri haqlı idi, amma ümumi hiss o idi ki, hakimlər mənim uduzmağımı istəyirdilər.

Həmin görüşdə də heç bir qadağan olunmuş hərəkət etmirdim, sadəcə ayağımı çıxarmağa çalışırdım. Hakim isə görüşü dayandırdı və mənə "hansoku-make"( tam diskvalifikasiya qərarı – red.) qərarı verdi. Halbuki belə vəziyyətlərdə ən çox "şido" xəbərdarlığı verilir.

- Siz ilk dəfə turnirdən diskvalifikasiya olunmusunuz?

- Bəli. Amma yenə deyirəm, mən və bir çox ekspertlərin fikrincə, heç bir qayda pozuntusu yox idi.

- Bəzən belə düşüncə yaranır ki, Tbilisidə Azərbaycan cüdoçularına qarşı ədalətsizlik olub...

- Mən bunu açıq demək istəmirəm, amma obyektiv baxanda çox qəribə situasiyalar var idi. Eyni fəndlər bir görüşdə cəza sayılırdı, digərində isə yox.

- Bundan sonra hədəfiniz nədir?

- Əsas məqsəd oktyabrda Bakıda keçiriləcək dünya çempionatıdır. Oraya maksimum hazırlaşacağıq.

- Hidayət Heydərovun idman forması barədə nə düşünürsünüz?

- O çox yaxşı məşq edir və düzgün yoldadır. Sadəcə insanlar ondan hər zaman qələbə gözləyir, amma bu mümkün deyil. Yenə də onun finala çıxması və yaxşı döyüşməsi çox şey deməkdir.

- Gələcək planlar nədir?

- Yəqin ki, Monqolustan və Çində keçiriləcək turnirlərdə çıxış edəcəyik. Hazırda məşqlərə başlamışam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Oxşar xəbərlər