top
Zelim Kotsoyev reytinq xalları hesabına dünya liderliyinə yüksəldi, Arai gerilədi Idman.biz
11 may 2026, 17:32
- ↺ +

Zelim Kotsoyev reytinq xalları hesabına dünya liderliyinə yüksəldi, Arai gerilədi

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində dünya reytinqində Astanada (Qazaxıstan) keçirilən "Böyük Dəbilqə" seriyası turnirində iştirak etmədən liderliyə yüksəlib.

İdman.Biz-in məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) ötən həftəsonu başa çatan Astana turnirinin nəticələrinə əsasən dünya reytinqini yeniləyib.

Yenilənmiş siyahıya əsasən, aprelin ortalarında Tbilisidə keçirilən Avropa çempionatında uğursuz çıxışdan sonra diskvalifikasiya olunan və həmin vaxtdan beynəlxalq arenada çıxış etməyən azərbaycanlı cüdoçu Zelim Kotsoyev (5120 xal) ikinci yerdən birinci pilləyə yüksəlib. Bu dəyişiklik əvvəllər lider olan yaponiyalı Dota Arai (4850 xal) reytinq xallarının azalması hesabına baş verib.

Maraqlıdır ki, Arai də Kotsoyev kimi Astanada keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib. Zelim Kotsoyevin birinci yerə yüksəlməsi IJF-in reytinq xal sisteminin xüsusiyyətləri ilə bağlıdır. Beynəlxalq Cüdo Federasiyasının reytinq sistemində xallar daimi saxlanılmır: turnirdən sonra ilk bir il ərzində idmançı qazandığı xalların 100 faizini qoruyur, 12 aydan sonra bu xallar avtomatik olaraq yarıya endirilir, iki ildən sonra isə tamamilə silinir.

Məhz bu qayda yaponiyalı Dota Arai ilə bağlı vəziyyətə səbəb olub - onun ötən il Qazaxıstanda keçirilən "Böyük Dəbilqə" turnirində qazandığı qələbə artıq tam 1000 xal kimi hesablanmır və 500 xala endirilib. Nəticədə yapon cüdoçu liderliyini itirib, Kotsoyev isə Astanada çıxış etmədən dünya reytinqinin birinci pilləsinə yüksəlib.

Astanadakı həmin "Böyük Dəbilqə" turnirinə qayıtsaq, qeyd edək ki, Azərbaycan cüdoçuları arasında orada yeganə medal qazanan idmançı ağır çəkili Uşanqi Kokauri olub. O, turnirdə gümüş medal əldə edib. Bu nəticə sayəsində Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində dünya reytinqində üç pillə irəliləyərək 4217 xalla ikinci yerə yüksəlib.

Azərbaycan yığmasının digər liderlərinin mövqeləri isə dəyişməz qalıb: Balabəy Ağayev (60 kq, 3658 xal) - 4-cü yer, Ruslan Paşayev (66 kq, 3413 xal) - 5-ci yer, Hidayət Heydərov (73 kq, 4046 xal) - 5-ci yer, Zelim Tskaev (81 kq, 3562 xal) - 5-ci yer və Murad Fətiyev (90 kq, 2656 xal) - 9-cu yer.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Gimnastika
Bu gün, 15:44

Selcan Mahsudova: "Dizimlə bağlı problemlərə baxmayaraq, Dünya Çempionatında qalmaq və gümüş medala uzanmaq mümkün olduğunu isbat etdim"

Oxşar xəbərlər