İspaniya La Liqasının 14-cü turunda "Valensiya" futbol komandası "Osasuna"nı qəbul edib.
İdman.Biz xəbər verir ki, "Mestalya" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra hər iki komanda fərqlənməyi bacarıb. 63-cü dəqiqədə Ruben Qarsiya Pamplona təmsilçisini hesabda önə çıxarıb. Meydan sahiblərinin cavab qolu isə 74-cü dəqiqədə Uqo Duronun sayəsində reallaşıb.
Bu nəticədən sonra "Valensiya" 13 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Aktivində 16 xal olan "Osasuna" isə 10-cu sırada yer alıb.
Növbəti turda "Valensiya" dekabrın 6-da səfərdə "Xetafe" ilə qarşılaşacaq. "Osasuna" isə həmin gün doğma meydanda "Elçe"ni qəbul edəcək.