top
Universiada: Elcan Hacıyev yarımfinalda, digər cüdoçularımızın nəticələri - YENİLƏNİR/FOTO Idman.biz
25 iyul 2025, 14:25
- +

Universiada: Elcan Hacıyev yarımfinalda, digər cüdoçularımızın nəticələri - YENİLƏNİR/FOTO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün beş azərbaycanlı cüdoçu tatami üzərinə çıxıb.

Onların arasında dünya çempionatının bürünc mükafatçısı Eldcan Hacıyev (90 kq) də var. O, mübarizəyə ikinci mərhələdən başlayıb və Braziliya təmsilçisi Gilermo Moraşi ilə qarşılaşmada qələbə qazanıb. O, daha sonra Auqustus Sliterisi (Litva) məğlub edərək yarımfinala yüksəlib.

Davud Namazlı (100 kq) ilk görüşündə Litva təmsilçisi Tadas Narkusu məğlub edib, lakin növbəti mərhələdə yaponiyalı Miku Nozomaya uduzub.

Ramazan Əhmədov (+100 kq) Moldova idmançısı Alin Baqrini məğlub edərək mərhələ adlayıb.

Nigar Süleymanova (+78 kq) Böyük Britaniyadan olan Lüsi Uillyamsa qalib gəlib, lakin daha sonra Cənubi Koreya təmsilçisi Ha-Yun Kimə məğlub olub.

Nərmin Əmirli (78 kq) isə ilk görüşündə Fransa idmançısı Kaliya İssufiyə uduzub.

***

09:10

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün beş azərbaycanlı cüdoçu tatami üzərinə çıxacaq.

Onların arasında dünya çempionatının bürünc mükafatçısı Elcan Hacıyev (90 kq) də var. O, mübarizəyə ikinci mərhələdən başlayacaq.

Davud Namazlı (100 kq) Litva təmsilçisi Tadas Narkusla qarşılaşacaq, Ramazan Əhmədov (+100 kq) isə Moldova idmançısı Alin Baqrini məğlub etməyə çalışacaq.

Nərmin Əmirli (78 kq) Fransa təmsilçisi Kaliya İssufi ilə, Nigar Süleymanova (+78 kq) isə Böyük Britaniyadan olan Lüsi Uillyamsla qarşılaşacaq.

Qeyd edək ki, yarışların ilk iki günündə cüdoçularımız medal qazana bilməyiblər.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

Zirənin kapitanı komandada qalır

Futbol
Bu gün, 15:20

"Şəfa" Elnur Cəfərov ilə müqaviləni yenilədi

Futbol
Bu gün, 14:58

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 14:40

Real ilə Rudigerin müqaviləsi uzadildi

Futbol
Bu gün, 14:20

Real Madrit Ruben Diası transfer etməyə hazırlaşır

Futbol
Bu gün, 14:13

Toral Bayramov: Portuqaliya mundialda favoritimdir

Futbol
Bu gün, 13:40

Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli

Gimnastika
Bu gün, 13:25

Kişi və qadın idman gimnastikası üzrə 31-ci və 10-cu Açıq Bakı çempionatı keçiriləcək

Futbol
Bu gün, 13:20

Roma Meyson Qrinvudla məxrəcə gəlib

Futbol
Bu gün, 12:57

TRT şərhçisi İran-Yeni Zelandiya matçında səhv edib

Basketbol
Bu gün, 12:49

Azərbaycan qadın basketbolçuları Avropa Kubokuna vəsiqə qazandı

Tennis
Bu gün, 12:34

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Futbol
Bu gün, 12:20

Yuventus Jeremi Boqanın transfer hüququnu əldə edib

Olimpiada
Bu gün, 12:13

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun ikinci mərhələsi

Güləş
Bu gün, 11:58

Qubada ikinci Gilas Yarımarafonu keçirilib

Futbol
Bu gün, 11:28

Azərbaycan millisinin futbolçusu “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 11:28

Azərbaycan futbolçusu Ozan Can Kökçü “Vanspor”la iki illik müqavilə imzalayıb

Futbol
Bu gün, 10:40

Tottenhem Sandro Tonali transferi ilə maraqlanır

Futbol
Bu gün, 10:28

Vozinya: Bir oyunla 50 mindən 5,5 milyona

Futbol
Bu gün, 10:20

Ozan Can Kökçü Tərkiyədə karyerasına davam edir

Qarabağ FK
Bu gün, 10:15

Avropa Liqasının püşkatması: Qarabağın rəqibi məlum olacaq

Futbol
Bu gün, 10:06

Sabahın ÇL-də rəqibi müəyyənləşəcək

Futbol
Bu gün, 09:40

DÇ-2026: I və J qrupunda bu günün oyunları

Futbol
Bu gün, 09:35

DÇ-2026-da altıncı gün: Fransa və Argentina qarşılaşır

Oxşar xəbərlər