"İpsviç" "Strasburq"un müdafiəçisi Abdul Uattara ilə müqavilə imzalamağa yaxındır.
İdman.Biz bu barədə "L'Equipe" qəzetinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 20 yaşlı Kot-d'İvuarlı 20 milyon avro dəyərində beş illik müqavilə imzalayacaq. Onun Fransa klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Uattara 2024-cü ildən bəri "Strasburq"un əsas komandasında oynayır. 2025/26 mövsümündə müdafiəçi 40 matçda dörd qol vurub.
Transfermarkt onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.